Şəhid Milli Qəhrəman Şükür Həmidovun Cənnətdəki dördüncü doğum günüdür-BU GÜN 49 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Şəhid Mili Qəhrəman Şükür Həmidovun Cənnətdəki dördüncü doğum günü, 49 yaşının tamam olması ilə bağlı bu gün-1 aprel 2024-cü il tarixində, səhər saatlarında İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Şükür Həmidovun məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Çıxışlar olunub, Şükür Həmidovun keçdiyi şərəfli ömür, hərb və döyüş yolundan söz açılıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub, ailəsinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, müəllim və məktəblilər, Qubadlı rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Qeyd edək ki, Şükür Həmidov 1975-ci ilin aprel ayının 1-də Qubadlı rayonunun Armudlu kəndində dünyaya gəlib, ailənin on övladından biri, ali təhsilli-peşəkar hərbçi, Azərbaycan Ordusunun polkovniki, Lələtəpə fatehlərindən olub.

O, İkinci Vətən Müharibəsi zamanı-2020-ci ilin oktyabr ayının 22-də doğulub boya-başa çatdığı Qubadlı rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında əbədiyyətə uğurlanıb.

İkinci Vətən Müharibəsindən sonra bir neçə medal və “Zəfər” ordeni ilə təltif olunub.

İki övladı Vətənə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 49 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

12:41

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Türkiyədə bələdiyyə seçkiləri: CXP ÖNDƏ GEDİR – YENİLƏNİB – (4)

Read Next

Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılıb-FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir