Şəhid Nurlan Quliyevin 26 yaşı tamam oldu-MƏZARI ZİYARƏT OLUNDU, İZDİHAMLI MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Ağcabədinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan MAXE Nurlan Şükür oğlu Quliyevin ad günüdür.

Onun 26 yaşı tamam olur və bu, Nurlan Quliyevin Cənnətdəki ikinci doğum günüdür.

Etikxeber.az xəbər verir ki, 1995-ci ilin dekabrın 4-də sadə bir ailədə dünyaya gələn, evin-ailənin 4 övladından biri Nurlan Quliyev İkinci Vətən Müharibəsi zamanı Füzuli, Qubadlı, Şuşa-Daşaltı istiqamətində döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb.

Və noyabr ayının 1-də ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi gün sonra, noyabrın 5-də Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ailəsi, anası axırıncı dəfə onunla sentyabrın 27-də danışıb, ondan sonra-Şəhidliyinə qədər Nurlanla əlaqə saxlamaq mümkün olmayıb.

O, həm də 3 ayın nişanlısı olub.

Atasını da illər öncə itirib.

00:02

***

Cənnətdəki ikinci ad günü, mövludu ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qaraxanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Ağcabədi və digər bölgələrdən olan Şəhid anaları, Şəhid ailələri, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

Məzarı önünə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim keçiriləcək, adına ehsan veriləcək.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunacaq.

Mövludu, Cənnətdəki ikinci ad günü, 26 yaşı mübarək olsun!

Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr versin!

***

00:02

***

Bu gün Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı izdihamlı mərasim keçirilib.

Mərasimdən öncə isə Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən sonra keçirilən mərasimdə isə Şəhidin anası Zülfiyyə xanım, bacısı, qardaşları, qohumları, kənd sakinləri, Ağcabədi, Bərdə, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri, ziyalıları, din xadimləri, Qazilər, hərbçilər iştirak ediblər.

Mərasim zamanı Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Şəhid Nurlan Quliyevin və cəmi Şəhidlərin ruhuna bir daha dualar oxunub, çıxışlar edilib.

Şəhidin qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.

Şəhidin ailəsinə bir daha başsağlığı verilib, onlara Allahdan səbr arzulanıb, “Şəhidimizin mövludu mübarək olsun”-deyilib.

Mərasim 4 saatdan çox davam edib.

17:40

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

ŞƏHİDİMİZİN ANASI…QƏHRƏMAN, QÜRURLU, MƏĞRUR, DİK DURUŞLU ANA…ZÜLFİYYƏ ANA…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ÜLVİ AZAYEVİN 20 YAŞI TAMAM OLDU, CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM DÜZƏNLƏNDİ – FOTO-VİDEO – YENİLƏNİB – (1)

Read Next

Evin-ailənin tək və nişanlı oğlu, nəşi 63 gündən sonra dəfn edilən-TELMAN ALLAHVERƏNOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir