Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevirdən olan Şəhid qardaşlar-İkinci Vətən Müharibəsi Şəhidləri Əli və İslam Əhmədovların ev muzeyinin, xatirə lövhəsinin bu gün açılış mərasimi keçiriləcək.
Etikxeber.az xəbər verir ki, açılışdan öncə Şəhid qardaşların Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunacaq.
Ziyarət saat 16:00-dan 17:00-dək davam edəcək.


















14:50
***
Şəhid qardaşların Migəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.
Ziyarətdə Şəhid qardaşların anası Sevinc xanım, yaxınları, şəhər sakinləri, Mingəçevirdən, Ağdamdan, Goranboydan, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri, məktəblilər iştirak ediblər.
Ziyarət zamanı Əli və İslam Əhmədov qardaşlarının məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, onlar da daxil olmaqla, cəmi Şəhidlərin ruhlarına dualar edilib.
Ziyarət təxminən bir saat davam edib.















16:59
***
Şəhid qardaşların məzarını ziyarətdən sonra onların yaşadıqları evdə (məhəllədə) ev muzeyi və xatirə lövhəsinin açılışı mərasimi başlayıb.
Mərasimdə yenə Şəhidlərin anası, yaxınları, Şəhid ailələri, Qazilər, Mingəçevir sakinləri, dain xadimləri,məktəblilər və digərləri iştirak edirlər.
Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutka yad olunub, sonra Dövlət himni səsləndirilib və oxunub.
Sonra məktəblilərin ifasında “Bir ölərik, min dirilərik” kompozisiyası ifa edilib, səsləndirilib.












17:59
***
Mərasimdə Şəhid qardaşların anası Sevinc xanıma söz verilib.
Sevinc xanım belə bir gündə onu tək qoymadıqları üçün mərasimə toplaşanlara minnətdarlığını bildirib.

“Ötən on ay ərzində bir gün olsun belə xalqımız məni tək qoymadı. Hamınızdan çox razıyam. Allah da hamınızdan razı olsun. Çox sağ olun, çox var olun. Bu evi, bu məhləni 3 il öncə Əli ilə İslam öz pulları ilə almışdılar. Bu evdə yaşamaq onlara nəsib olmadı. Həm də onlardan arxada qalanları olmadı. Ona görə də bu evi onların ev muzeyi etdim. Onların xartirəsini yaşatmaq üçün belə etdim. Bir daha hər kəsə təşəkkürümü bildirirəm ki, məni tək qoymamaq, mənə dəstək olmaq üçün bura gəliblər”-deyə, Sevinc xanım sözlərinə əlavə edib.
Səhid qardaşların dayısı Elxan Məmmədov da bir daha mərasim iştirakçılarına bacısı və özü adından minnətdarlığını bildirib.
Daha sonra Mingəçevirli digər Şəhid qardaşlar-Musa və Tural Həsənovların anası Nəhayət xanım və Bərdədən tək övladını Şəhid vermiş Arzu xanım Sevinc xanımla birlikdə Əli və İslam Əhmədovların xatirə lövhəsinin açılışını ediblər.
Onlar xatirə lövhəsinin üzərindən qara örpəyi götürüblər.
Beləliklə, Şəhid qardaşların ev muzeyi və xatirə lövhəsinin açılışı olub.
Mərasimdə həmçinin Şəhid analarına söz verilib.
Şəhid Musa və Tural Həsənovların anası Nəhayət xanım:
“Mən də Sevinc ana kimi iki oğul Şəhid vermişəm. Mənim də iki övladım Vətən yolunda Şəhid olub. Mənim də arxamda nə oğlum var, nə qızım. Ona görə mən həm də 3 min Şəhidin anasıyam”.
Şəhid Xudayar Yusifzadənin anası Radə xanım isə iki övladını Şəhid vermiş analara, Sevinc xanım və Nəhayət xanıma “Qəhrəman ana” adı verilməsini təklif edib.
O, bununla bağlı ölkə Prezidenti İlham Əliyev və bu gün ad günü olan Birinci xanım Mehriban Əliyevaya çağırış edib:
“İstəyirəm, hər birimiz istəyirik ki, bu analara “Qəhrəman ana” adı verilsin. Onlar da Qəhrəmandırlar”.
Mərasimin sonunda Şəhid qardaşların adına ehsan verilib.












***
Qeyd edək ki, Əli və İslam Əhmədovlar İkinci Vətən Müharibəsinin elə ilk günündə döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar.
Hər iki qardaş eyni gündə, sentyabrın 28-ində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunublar.
Əli Əhmədov 1993-cü ilin yanvarın 5-ində, İslam Əhmədov isə 1994-cü ilin sentyabr ayının 19-unda anadan olub.
Sentyabrın 19-unda İslam Əhmədovun Cənnətdəki ilk ad günü, 27 yaşı tamam olacaq.
Hər iki qardaş həm də subay olub.
Nur içində yatsınlar!
Allah məkanlarını cənnətlik etsin!
Böyük Yaradan Şəhid qardaşların anası Sevinc xanıma səbr və dözüm versin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV),
26.08.2021, Bakı-Mingəçevir-Bakı
Etikxeber.az