“Hələ də övladlarımın yoxluğuna inana bilmirəm…Gözləyirəm ki, bir gün qayıdacaqlar, gələcəklər…”-Şəhid qardaşların anası Sevinc xanım – Əli Əhmədovun Cənnətdəki ad günündə – MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT EDİLDİ, “ŞƏHİDLİYİN ƏLİ VƏ İSLAM ZİRVƏSİ” KİTABININ GENİŞ TƏQDİMATI OLDU – FOTOLAR YENİLƏNİB – (5)

Bu gün səhər saatlarında Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri-MAXE Əli İlqar oğlu Əhmədovun 28 yaşının tamam olması, Cənnətdəki ikinci ad günü ilə bağlı Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı, eləcə də qardaşı İslam Əhmədovun məzarı ziyarət olunub.

Etikxeber.az-ın xəbərinə görə, ziyarət zamanı hər iki Şəhid qardaşın məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarətdə Şəhid qardaşların anası Sevinc Əhmədova, qohumları, Mingəçevir, Kürdəmir, Bərdə, Gəncə, İsmayılı, Samux, Ağdam və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Bir saat davam edən ziyarətdən sonra Şəhid qardaşların Mingəçevirin “Günəşli” yaşayış massivindəki ev-muzeyində “Şəhidliyin Əli və İslam Zirvəsi” kitabının təqdimat mərasimi olub.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib, “Nurm”Dəstək Qrupunun üzvləri, məktəblilər tərəfindən şeirlər ifa, kompozisiya təqdim olunub

Sonra çıxışlar edilib.

Eyni zamanda, Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

12:25

FOTOLAR:

ŞƏHİD QARDAŞLARIN MƏZARININ ZİYARƏTİ…

DƏRD VƏ QÜRUR ORTAQLARI…İSMAYILLILI ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…

GƏNCƏ VƏ SAMUXLU ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN ANALAR, QƏHRƏMAN AİLƏLƏR…

ANA, ANALAR YANAR…

VƏ ŞƏHİD QARDAŞLARIN YAŞADIĞI OCAQ, MUZEYƏ ÇEVRİLƏN EV_MUZEYİ…

12:38

***

DÖVLƏT HİMİNİNİN OXUNMASI VƏ SƏSLƏNDİRİLMƏSİ…

***

12:55

***

Şəhid qardaşların anası Sevinc xanım:

“Övladlarımın yurdu boş qaldı…Amma Sizlər, bu məclisə gələnlər…sağ olun ki, bu müddətdə bu yurdu boş qoymadınız, həmişə mənə dəstək olsunuz, məni tək qoymadınız…Hər birinizdən Allah razı olsun!

Onların, övladlarımın yoxluğuna hələ də inanmıram…Hələ də onların yolunu gözləyirəm…Gözləyirəm ki, gələcəklər, qayıdacaqlar…Balalarımın məkanı cənnətlik, məqamı Uca olsun! İnşallah, bir gün gələr- balalarım məni də aparalar yanlarına…”

Şəhid qardaşlarının anasının çıxışı, son sözləri hər kəsi göz yaşlarına boğub.

Mərasim iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Eyni zamanda, bir daha Şəhid qardaşların tək-tənha anasına səbr və dözüm arzulayıblar.

13:08

***

QƏHRƏMAN ANALAR, QƏHRƏMAN ATALAR, QƏHRƏMAN AİLƏLƏR.. QAZİLƏR, VƏTƏN SEVDALILARI….

13:28

***

13:58

***

Qeyd edək ki, saat 12-yə qalmışdan başlayan təqdimat və Əli Əhmədovun Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim 5 saata yaxın davam edib.

Şəhidin, Şəhid qardaşların anasına bir daha başsağlığı, ona bir daha Allahdan səbr arzulanıb, bir daha Əli Əhmədovun Cənnətdəki ad günü təbrik edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şuşa ilinin elan olunmasının sevincini dostlarımız da bizimlə bölüşəcək, düşmənlərimizə isə göz dağı olacaq…Bütün dünya şahidi olacaq ki, biz dədə-baba torpaqlarımıza əbədi qayıtmışıq!”-MİLLƏT VƏKİLİ

Read Next

Hərbi maşın qəzaya uğrayıb, iki hərbçi xəsarət alıb-MN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir