Şəhid qardaşlardan İslam Əhmədovun 29 yaşının tamamında-MƏZARI ZİYARƏT EDİLDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (2)

Əslən Goranboylu olan Mingəçevirli Şəhid qardaşlardan İslam İlqar oğlu Əhmədovun Cənnətdəki üçüncü doğum günündə, 29 yaşının tamamında həm onun, həm də qardaşı Əli Əhmədovun Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, hər iki qardaşın məzarı üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Şəhid qardaşların anası Sevinc Əhmədovaya Allahdan səbr və dözüm arzulanıb.

İslam Əhmədovun Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Sonra Şəhid qardaşların ocağında adına ehsan süfrəsi açılıb, bir daha ruhlarına dualar edilib.

Daha sonra İslam Əhmədovun adına hazırlanmış tort kəsilib.

Bu zaman təsirli, kövrək anlar yaşanıb.

Məkanı cənnətlik, Cənnətdəki doğum günü mübarək olsun!

***

FOTOLAR:

11:41

***

11:45

***

13:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənilərin Xocavənddə törətdiyi terror aktında və Füzulidə yol qəzasında həlak olan-POLİSLƏRİN FOTOLARI YAYILDI

Read Next

Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldı-MÜDAFİƏ NAZİRLİYİ RƏSMƏN BƏYAN ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir