Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsindən sonra biz Azərbaycanın şərəfl, qürurlu vətəndaşıyıq.
Etikxeber.az xəbər verir ki, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, büdcə zərfinin elektron deyil, deputatlara gələcəkdə yenə də kağız, kitab formasında verilməsi yaxşı olardı.
“Dünən Mərkəzi Bankın sədri deyir ki, büdcə kəsirindən narahatıq. Biz daha çox narahatıq”-deyən millət vəkili sonra iqtisadiyyatın neftdən asılılığını tənqid edib.
T. Kərimli həminin qeyd edib ki, artıq yenə də bəzi məmurlar, vəzifələi şəxslər tərəfindən Şəhid ailələrinə, Qazilərə xoş olmayan münasibət göstərilməkdədir və bu hallara birmənalı şəkildə son qoyulmalıdır.
Onun sözlərinə görə, xüsusilə, Şəhid, qazi ailələrinin qaz, işıq və suyu havayı olmalıdır.
“İnsanlar bir balaca otağa yığılır, tez işığı söndürür. Şəhid, qazi ailələrinin işıq, qaz, su pulunu icra nümayəndələri, bələdiyyələr hansısa formada ödəməlidir, bunun bir yolu tapılmalıdır”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





