Şəhid Rüstəm Məmmədovun bu gün 24 yaşı tamam oldu-CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Mingəçevirin (həm də Göyçayın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rüstəm İbrahim oğlu Məmmədovun ad günü idi.

Rüstəm Məmmədovun bu gün 24 yaşı tamam olurdu.

Bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövluduydu.

Etikxeber.az xəbər verir ki, 1998-ci ilin avqustun 10-da sadə bir ailədə dünyaya gələn, evin-ailənin tək və subay oğlu olan, atasını illər öncə itirən Rüstəm Məmmmədovun Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün axşam saatlarında Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, qısa çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Eyni zamanda, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Şəhidin məzarını ziyarətdən sonra anası Aynur xanımın yaşadığı evdə Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan verilib.

Bir daha Şəhidin ruhuna dualar edilib, bir daha anası və tək bacısına Allahdan səbr, dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Həmçinin, Mingəçevirli Şəhid anaları adından Şəhidin anasına hədiyyə təqdim olunub.

Ziyarət və məclis 3 saatdan çox davam edib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı məclisdə Şəhidin ailə üzvləri, yaxınları, qonşuları, Mingəçevirdən, Goranboydan və Göyçaydan olan Şəhid ailələri, din xadimləri, məktəblilıər, Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul işçiləri iştirtak ediblər.

Məqamı Uca, Cənnətdəki ikinci doğum günü, 24 yaşı mübarək olsun!

Nur içində yatsın!

19:50

***

FOTOLAR:

20:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

8 medal və 1 ordenli Şəhid Vasif Məmmədovun anası Aytəkin Məmmədovaya-“ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU…- FOTOLAR

Read Next

Eyni gündə Şəhid olan, ey gündə torpağa tapşırılan Şəhid qardaşlar: TƏK-TƏHNA ANANIN 3 ARZUSU, 3 XAHİŞİ YERİNƏ YETİRLƏCƏKMİ? PREZİDENTİN KÖMƏKÇİSİ, MƏDƏNİYYƏT NAZİRİ VERDİYİ SÖZƏ, VƏDƏ NƏHAYƏT, ƏMƏL EDƏCƏKMİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir