Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Yevlaxlı, evin-ailənin tək oğlu, iki bacının tək qardaşı, Azərbaycan Ordusunun hərbçisi, Gizir, subay, 29 yaşında Şəhadətə ucalan Səməndər Vahid oğlu İsmayılzadənin Anım Günündə-30 oktyabr 2024-cü il tarixində Lökbatan Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.
Məktəblillər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Etikxeber.az xəbər ki, Şəhidin məzarını ziyarətdən sonra “Qaradağ” şadlıq evində Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar edilib.
Eyni zamanda, Lerikli İkinci Vətən Müharibəsi Şəhidi İmaməli İbrahimovun ailəsi adından Şəhidin anası Fəridə İsmayılovaya üzərində Səməndər İsmayılzadənin şəkli olan xalça təqdim olunub.
Xalçanı Şəhidin anasına “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov təqdim edib.
Mərasimdə həmçinin, çıxışlar olunub, Şəhidin keçdiyi 29 illik qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan bəhs edilib, ailəsinə, əzizlərinə Allahdan səbr və dözüm arzulanıb.
Məzarını ziyarətdə və Anım məclisində Şəhidin ailə üzvləri, Lökbatanlı Şəhid ailələri, Süleyman Mikayılov başda olmaqla, Qaradağ rayon İcra Hakimiyyətinin məsul şəxsləri, millət vəkili Səbinə Xasayeva, din xadimləri, müəllim və məktəblillər iştirak ediblər.
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az