Şəhid Səxavət Məmmədovun atası gəlinini qətlə yetirdi-ŞƏHİDİN ANASI İSƏ “HƏLƏ DƏ ŞOKDAYAM”-DEDİ…

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar (Gülnaz) Məmmədovanı bıçaqlayaraq öldürüb.

Adıgözəl Məmmədov saxlanılıb.

Qeyd edək ki, Adıgözəl Məmmədov İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç övladından biri Səxavət Məmmədovun atasıdır.

Əslən Tərtərli (Hacıqərvənd-Kolanılı) olan Səxavət Məmmədov iki övlad atası olub.

Onu da qeyd edək ki, Səxavət Məmmədovun nəşi 50 gündən sonra tapılıb və 19 noyabr 2020-ci il tarixində Ağdam rayonunun Quzanlı qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidin anası Hicran Məmmədova isə baş vermiş qətllə bağlı qısaca olaraq “Hələ də şokdayam…”-deyə, bildirib.

Etikxeber.az

Read Previous

“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”-İlham Əliyev 31-ci “Baku Energy Forum”un açılış mərasimində-İŞTİRAK VƏ ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Ailənin tək və subay oğlu, nəşi 47 gündən sonra tapılan, Cənnətdəki altıncı doğum günü olan-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VÜSAL MƏMMƏDOV – MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir