Şəhid Samir Əliyevin anasının Ümrə ziyarətindən qayıtması ilə bağlı-“NUR” MƏRASİM EVİNDƏ MƏCLİS TƏŞKİL EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, tək övlad Samir Əliyevin anası Sevda Aydın qızı Əliyeva (Samirli) bugünlərdə Ümrə ziyarətindən qayıtması ilə bağlı ehsan süfrəsi-məclis təşkil edib.

Etikxeber.az xəbər verir ki, ehsan süfrəsi-məclis bu gün-10 sentyabr 2026-cı il tarixində, axşam saatlarında “Nur” mərasim evində baş tutub.

Məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Şəhidlərimizin ruhlarına dualar edilib.

Həmçinin, məclisin, ehsan süfrəsinin səbəbkarı Sevda xanıma ziyarətinin qəbul olması dilənib, Şəhid anasına can sağlığı, Allahdan səbr və dözüm arzulanıb.

Sevda xanım və anası-Şəhid nənəsi Cəmil xanım da öz növbəsində ziyarəti təşkil edənlərə və onların dəvətini qəbul edib, məclisə gələnlərə minnətdarlıqlarını ifadə ediblər.

Məclis təxminən 3 saat davam edib.

Xatirə fotoları çəkdirilib.

20:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Fariz Şıxaliyevin Vətənə əmanət tək övladı birinci sinfə qədəm qoyur-BUNUNLA BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ, ŞƏHİD ÖVLADINA UĞURLAR ARZULANDI… – FOTOLAR – YENİLƏNİB

Read Next

Bu yollarda yenə sıxlıq və tıxacdır-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir