Əslən Ağdərəli və Bərdənin sonuncu İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cəfərovun Anım Günüdür-BU GÜN ONUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (2)

Əslən Ağdərəli və Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İlqar oğlu Cəfərovun bu gün Anım Günüdür.

Bərdənin sonuncu İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cəfərovun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından iki il keçir.

Etikxeber.az-ın xəbərinə görə, Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda sadə, kasıb bir ailədə dünyaya gəlib.

Ailənin beş övladından, üç qardaşdan biri olub.

Orta təhsilini aldıqdan sonra 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin 19 avqust tarixindən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu-MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Və müharibənin ilk günlərində Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Ancaq Onun nəşini uzun müddət əldə etmək mümkün olmayıb.

Nəşi yalnız 6 aydan sonra, 2021-ci ilin aprel ayında tapılıb və 6 aprel tarixində Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Təbriz həm də subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, çıxışlar olunub.

Təbriz Cəfərov da daxil olmaqla, cəmi Şəhidlərin İgidliyi və Qəhrəmanlığından danışılıb.

Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məktəbli yaxınları tərəfindən şeirlər səsləndirilib.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı binanın (yataqxananın) həyətində Anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə bir daha Şəhidin ruhuna dualar oxunub.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

13:01

***

FOTOLAR:

18:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyevin Tacikistana dövlət səfəri-BAŞA ÇATDI – FOTO

Read Next

Daha 79 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir