“Şəhid və qazi ailələrinə bayram sovqatlarımızı göndərdik…”-JALƏ ƏLİYEVA HƏM DƏ QIZIL AYPARA CƏMİYYƏTİNİN RƏHBƏRLİYİNƏ TƏŞƏKKÜR ETDİ – FOTOLAR – YENİLƏNİB

JALƏ ƏLİYEVA: “…Həm sevincli idim, həm üzgün… Özümü o qədər xoşbəxt, o qədər güclü və arxalı hiss edirdim ki… Şəhidlərimizin müqəddəs ruhu qarşısında bir daha baş əyirik. Qəhrəman qazilərimizlə, müharibə iştirakçısı bütün oğullarımızla fəxr edirik. Onlara sonsuza qədər minnətdarıq…”

31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Ucarın Lək, Xələc və Bərgüşad kəndlərinə şəhid və qazi ailələrinə bayram sovqatlarımızı göndərdik.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva öz şəxsi Facebook səhifəsində paylaşdığı statusunda qeyd edib.

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, müraciətimizi müsbət cavablandıraraq, deputatı olduğum Zərdab rayonunda və Ucarın Lək, Xələc, Bərgüşad kəndlərində toplam 80 şəhid və qazi ailəsini, eyni zamanda müharibə iştirakçılarını sevindirməyimizə dəstək göstərdikləri üçün təşəkkür edirəm”-deyə, o, sonra qeyd edib.

Qeyd edək ki, J.Əliyeva MM-də 92 sayı Zərdab-Ucar Seçki Dairəsini təmsil edir.

Və hər zaman seçicilərinin yanında olması, onların problemlərini dilə gətirməsi və qaldırması, onlara dəstək olması ilə seçilir, fərqlənir.

22:29

***

Millət vəkili digər statusunda-paylaşımında isə bunları qeyd edib:

“31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə Zərdab rayonunda və Ucar rayonunun deputatı olduğum Lək, Xələc və Bərgüşad kəndlərində 13 şəhid ailəsi, 17 qazimiz olmaqla, ümumilikdə 80 müharibə iştirakçısına və onların ailələrinə bayram sovqatlarımızı təqdim etdik.

Eyni zamanda qazilərimizi “Qarabağ uğrunda savaşda Azərbaycanın torpaq bütünlüyü naminə göstərdiyi şücaətə və igidliyə görə”Xüsusi Diplomu ilə təltif etdik. Qarşımda, gözlərimin önündə bir-birindən ləyaqətli, bir-birindən mərd, bir-birindən cəsur, vətənsevər, yurdsevər, qeyrətli 80 sima dayanmışdı.

Hərbi geyimli, sinəsi medallı nər kimi oğullar, bəzisi də əsalı, yaralı… Çox dəyişik duyğular yaşadım… Onlar, bu igidlər beləcə bir ordu kimi bir yerdə, bir arada həmrəyliyimizin möhtəşəm nümunəsi kimi dayanmışdılar. Bəli, Böyük Vətən-Azərbaycan uğrunda sinəsini sipər edən oğulların, torpaq naminə bir an belə düşünmədən canından keçənlərin və onların valideynlərinin yanında idik bu gün.

Həm sevincli idim, həm üzgün… Özümü o qədər xoşbəxt, o qədər güclü və arxalı hiss edirdim ki… Şəhidlərimizin müqəddəs ruhu qarşısında bir daha baş əyirik. Qəhrəman qazilərimizlə, müharibə iştirakçısı bütün oğullarımızla fəxr edirik. Onlara sonsuza qədər minnətdarıq. Biz bu gün, bir daha dövlət-xalq birliyinin, bütövlüyümüzün nə qədər sarsılmaz olduğunu gördük.

Bir daha şahidi olduq ki, bu insanları bir amal birləşdirir-müstəqil və suveren ölkə olan Azərbaycan və bu ölkənin yenilməz, dəmir iradəli, dəmir biləkli Prezidenti cənab İlham Əliyevə olan sonsuz sevgi və ehtiram duyğusu, Vətənə sədaqər andı! Bu layihənin həyata keçməsində bizə böyük dəstək verən, köməyini əsirgəməyən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, şəxsən onun rəhbəri, dəyərli millətvəkili həmkarım, əziz dostumuz Novruzəli Aslanova böyük təşəkkürlərimi bildirirəm. Eyni zamanda təşkilati işlərdə verdikləri əməyə görə Qızıl Ayparanın Zərdab rayon bölməsinin sədri Firuzə xanım Qocayevaya, köməkçim Firdovsi Eyvazova təşəkkür edirəm”.

Etikxeber.az

Read Previous

DTX-nın Mədəniyyət Mərkəzində-ŞƏHİD AİLƏLƏRİ İLƏ BAĞLI GENİŞ TƏDBİR DÜZƏNLƏNDİ, 200-Ə YAXIN ŞƏHİD ANASI BİR ARAYA GƏTİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Millət vəkili daha bir-QƏBUL-GÖRÜŞ KEÇİRDİ, NÖVBƏTİ DƏFƏ SEÇİCİLƏRİNİ, VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINI DİNLƏDİ VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir