Şəhid və Qazi atası, müharibə veteranı İlqar Əliyevin müalicəsi, yenidən sağlamlığına qovuşması Azərbaycandan kənarda mümkündür-ŞƏHİD VƏ QAZİ ATASI, ŞƏHİD VƏ QAZİ AİLƏSİ BU MƏSƏLƏDƏ AZƏRBAYCAN DÖVLƏTİNDƏN, HEYDƏR ƏLİYEV FONDUNDAN DƏSTƏK VƏ KÖMƏK GÖZLƏYİR…

Artıq bir il bir aydır ki, Goranboylu, Goranlı kəndindən olan Şəhid atası İlar Əliyev yatağa düşüb, yorğan-döşəyə məhkum olub, daha doğrusu, məhkum edilib…

Ötən-2024-cü ilin aprelində Gəncə şəhərinin girişində, magistral yolun kənarında məsuliyyətsiz, səhlənkar bir sürücünün-daha ağır ifadələr yazmaq olar, amma…-törətdiyi ağır yol qəzası nəticəsində…

Düz 13 aydır ki, İlqar Əliyevin iki ayağı, bədəninin çox hissəsi az qala hərəkətsiz, fəaliyyətsiz, iflic vəziyyətdə qalıb…

Düz 13 aydır ki, almadığı müalicə və müayinələr, getmədiyi sağlamlıq ocaqları qalmayıb…

Amma və lakin…

Ötən müddətdə səhhətində heç bir irəliləyiş yoxdur, irəliləyiş hiss olunmur…

Dərdinin, müalicəsinin çarəsi, əlacı tapılmayıb…

Bu yerdə onu da qeyd edim ki, İlqar Əliyev təkcə Şəhid atası deyil…

O, həm də Qazi atasıdır-iki övlad atası Bəxtiyar Əliyevin valideynidir…

O, həm də müharibə iştirakçısıdır, Birinci Qarabağ Savaşının döyüşçülərindən, Goranboy qartallarından olub, müharibə veteranıdır…

O, nəşi bir il 7 gündən sonra tapılan və cəmi 7-8 ayın bəyi olmuş İXTİYAR ƏLİYEVİN atasıdır…

Və İtxiyar Əliyevin həyat yoldaşı, cəmi 7-8 ayın gəlini olmuş xalası qızı da atasının-İlqar kişinin dizinin dibində oturub, ona bir övlad şəfqəti ilə qullur edir…

Və bugünlərdə məlum olub, xəbər verilib, bildirilib ki, Şəhid və Qazi atasının müalicəsi, dərdinin əlacı, çarəsi burada deyil, qardaş Türkiyədə və digər Avropa ölkələrindədir…

Onun dərdinə çarə, əlac ancaq Azərbaycandan kənardadır…

Odur ki, Vətən üçün-bizlər üçün Qəhrəman övladlar yetişdirmiş, üç övladından, üç oğlundan birini Şəhid vermmiş, bir oğlu Qazi olmuş, özü də Vətən, Qarabağ yolunda döyüşmüş Şəhid və Qazi atasının, müharibə veteranı İlqar Əliyevin yenidən sağlamlığına qovuşması, yenidən ayağa durması üçün Azərbaycan DÖVLƏTİNİN qollarını çırmalaması, onun müalicəsini uğurla davam etdirməsi üçün qardaş Türkiyəyə və ya Avropa dövlətlərindən birinə göndərilməsi lazımdır və vacibdir…

Bunu da ancaq Qalib Azərbaycan DÖVLƏTİ edə, qarşılaya bilər…

Bunu da ancaq DÖVLƏT BABA, dünyanın mərhəmət və şəfqət ünvanına çevrilmiş Heydər Əliyev Fondu edə, qarşılaya bilər…

Qazi və Şəhid atası, müharibə veteranı İlqar kişi, Qəhrəman Əliyevlər ailəsi də buna ümid edir və buna birmənalı şəkildə inanır…

Qalib Azərbaycana, Qalib Azərbaycan Dövlətinə yaraşan da budur…

Biz də ümid edir və inanırıq ki, belə də olacaq, Şəhid və Qazi atasının, müharibə veteranının yenidən sağlamlığına qovuşması, yenidən ayağa durması üçün bütün gərəkən addımlar atllacaq və İlqar Əliyev tezliklə bizim aramıza, aktiv, qaynar həyatına qayıdacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub…”-Bu sözləri İlham Əliyev Laçında Azərbaycan, Türkiyə Prezidentinin və Pakistan Liderlərinin-ZİRVƏ GÖRÜŞÜNDƏ BƏYAN ETDU – FOTO-VİDEO – YENİLƏNİB-(1)

Read Next

Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində-SEYRƏNGAHDA OLDULAR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir