“Şəhid valideynləri 1 il öncəki kimi yenə vüqarlı idilər…” – AKADEMİK – FOTOLAR

ZƏFƏR VƏ KƏDƏR GÜNLƏRİNİN İLDÖNÜMÜ

“Kürdəmir şəhərində təşkil olunmuş anım məclisində 1 il öncə Milli Ordumuzun nümayiş etdirdiyi böyük rəşadətdən, torpaqlarımızın işğaldan azad edilməsi yolunda həmin günlərdə igid Vətən oğullarının göstərdiyi qəhrəmanlıqlarlan bəhs edildi, şəhidlik zirvəsinə ucalaraq bu torpağı bir qədər də müqəddəsləşdirmiş mərd övladlar anıldı. Rayon rəhbərliyi və ictimaiyyətinin toplandığı həmin tədbirdə Kürdəmirin aprel şəhidləri Əbubəkir İsmayılov və Tural Qurbanovun valideynləri və əsgər yoldaşları da iştirak edirdilər”.

Etikxeber.az-ın məlumatına görə, bunu millət vəkili, akademik Rafael Hüseynov öz “Facebook” səhifəsində yazıb.

O, yazıb ki, bu yaddaş saatlarında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi Aran Regional şöbəsinin əməkdaşı Yaqut Bahadurqızının qələmə aldığı “Hay ver mənə cənab leytenant” kitabı şəhidlərimizin əziz xatirəsinə ərməğan kimi təqdim olundu.

rafael-shehid

“…1 il öncə Kürdəmirdə şəhidlərimizlə vida mərasiminə də qatılmışdım, o vaxt matəm mitinqini də mən aparmışdım, bugünkü mərasimi də mən idarə edirdim.
Məni ən çox riqqətə gətirən, köksümü qabardan və qəlbimi iftixarla dolduran o idi ki, şəhid valideynləri sağalmaz dərdlərinə, yeri heç vəchlə doldurula bilməyəcək ağır itkilərinə rəğmən 1 il öncəki kimi yenə vüqarlı idilər, yenə 1 il öncəki kimi “Vətən yaşasın!” söyləyirdilər.
Və ən çox da ona sevinirdim ki, millətdə1 il əvvəlki şanlı aprel günlərində yaranmış coğqun ümid, qələbəyə inam, sarsılmaz birlik hissinin bu ilki apreldə səngimədiyinə şahid olurdum!
Bu duyğular isə, zənnimcə, hətta Lələtəpəni almaqdan da vacibdir.

rafael-shehid-2
Bu duyğular varsa, azad edilən yeni Lələtəpələr də olacaq və bircə qarış da ərazimiz əsarətdə qalmayacaq!
Millətimiz, Azərbaycanımız, Yenilməz Ruhumuz var olsun!”– deyə, o, sonra yazıb.

rafael-shehid-1

Etikxeber.az

Read Previous

Deputat yazır: “MUZEYDƏ YAŞAYAN DOKTOR” – FOTO

Read Next

XİN Cənubi Osetiyadakı “seçkilər və referendumla” əlaqədar bəyanat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir