Şəhid xalası oğlunun adını övladına qoydu…3 medallı, 1 övlad atası-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İGİDLƏRİNDƏN OLAN VÜSAL KAZIMOV… – FOTOLAR

Daha bir İkinci Vətən Müharibəsi iştirakçısı, daha bir Vətən sevdalısı…

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız…

Söhbət 26 yaşlı və əslən Qubalı Vüsal Şahin oğlu Kazımovdan gedir…

O Vüsaldan ki, özü İkinci Vətən Müharibəsi başlayan kimi könüllü şəkildə Vətənin, Qarabağın müdafiəsinə yollanıb…

O Vüsaldan ki, sentyabrın 29-dan bu ilin, 2021-ci ilin yanvarın 5-nə kimi həm müharibədə olub, həm də müharibədən sonra bir xeyli müddət Vətənin keşiyində dayanıb…

O Vüsaldan ki, Füzulidən Cəbrayıla, Cəbrayıldan Zəngilana, Zəngilandan Qubadlıya, Qubadlıdan yenindən Zəngilana, Qafanla, Ermənistamla dövlət sərhəddinə kimi döyüş yolu keçib…

O Vüsaldan ki, 25 yaşında komandir kimi ən ağır döyüşlərdə iştirak edib, İgidliklər, Qəhrəmanlıqlar göstərib…

O Vüsaldan ki, tarixi Qələbə və Zəfərimizə töhfə verən İgidlərdəndir…

O Vüsaldan ki, qardaş qədər xətrini çox istədiyi, evin-ailənin tək övladı, anası tərəfindən minbir əziyyətlərlə böyüdülmüş xalası oğlu Ramal, Ramal Məmmədov Vətən yolunda Şəhid gedib…

O Vüsaldan ki, Ramalın Şəhidliyindən xəbəri olmayıb, günlərlə onu axtarıb və bir gün xalası oğlunun Şəhid olduğu xəbərini alıb…

Və hansı hisslər keçirdiyini, nələr yaşadığını təsəvvür etməmək mümkün deyil…

***

Vüsal 1995-ci ildə Bakının Qaradağ rayonun Qobustan qəsəbəsində anadan olub…

Ata tərəfdən, əslən Qubalı, ana tərəfdən Qarabağlı, Füzulilidir…

Ailədə 3 uşaq, iki qardaş, bir bacıdırlar…

Vüsal orta məktəbi bitirdikdən sonra Rabitə Kollecində təhsil alıb…

Və Kolleci bitirdikdən sonra Naxçıvan Muxtar Resoublikasında Əsgər kimi qulluq edib…

İkinci Vətən Müharibəsi başlayan kimi də özü könüllü şəkildə döyüşlərə atılıb…

Döyüşlərdə, müharibədə göstərdiyi igidliklərə görə, 3 medalla-“Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”“Zəngilanın azad oilunmasına görə” medalları ilə təltif olunub…

Ramal həm də ailəli, bir övlad, oğul atasıdır…

Oğluna da qardaş qədər çox istədiyi xalası oğlu-Şəhid Ramalın adını qoyub…

Şəhid Ramal Məmmədovun adaşı və adını daşıyan balaca, körpə Ramal böyüyür Vüsalın ailəsində…

Ruhu balaca Ramala və ailəsinə kömək olsun!

***

Vüsalla da tanışlığımız tam təsadüfdən alındı…

Bu gün, 1 oktyabr tarixində onunla xalası oğlu-Şəhid Ramal Məmmədovun anım mərasimində tanış oldum..

Söhbət zamanı məlum oldu ki, Ramal da İkinci Vətən Müharibəsinin iştirakçılardan və Qəhrəmanlarındandır…

Çox səmimi, çox mehriban, çox mədəni, çox tərbiyəli, əsl Vətən sevdalısı bir Azərbaycan övladı, İgididir…

Fəxrimiz, Qürurumuzdur…

Bir ömür boyu borcluyuq…

Allah qorusun, yolu-izi daim açıq olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bakı-Lökbatan-Qobustan

Etikxeber.az

Read Previous

20 yaşlı, 3 medallı, tək övlad-ŞƏHİD RAMAL MƏMMƏDOVUN MƏZARININ ZİYARƏTİ VƏ ANIMI MƏRASİMİ…-FOTOSESSİYA – YENİLƏNİB – (1)

Read Next

Bakıda qəza törədən polis əməkdaşı-KOMAYA DÜŞDÜ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir