Şəhid xanımının- Şəhid ailələrinə “Qayğı” Cəmiyyətinin Sabunçu rayon təşkilatı sədrinin təşəbbüsü və Şəhid ailələrinin iştirakı ilə-QURBAN BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Birinci və İkinci Vətən Müharibəsi Şəhidlərinin ailələrinin iştirakı ilə Qurban bayramı həsr olunmuş tədbir düzənlənib.

Tədbir Birinci Qarabağ Savaşı Şəhidinin xanımı, Şəhid ailələrinə “Qayğı” Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Mətanət Qafarovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Etikxeber.az xəbər verir ki, Sabunçu rayonunun “Bakı yaşayış kompleksi”ndə yerləşən “Zirvə” restoranında-günorta saatlarında baş tutan tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxış edən Mətanət Qafarova Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev və Şəhid ailələri başda olmaqla, bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.

Qeyd edib ki, artıq bu gün Qalib Azərbaycann hər bir guşəsində, o cümlədən düşmən tapdağından azad olunmuş torpaqlarımızda, Qarabağımızda Qurban bayramı qeyd olunur, qurbanlar kəsilir, paylanılır, insanlar bir-biri ilə ürəklə, sevinclə, qürurla bayramlaşır.

“Bütün bunlara görə Ali Baş Komandanımıza, onun Rəşadətli Ordusuna, Şəhidlərimizə və Qazilərimizə, “Dəmir Yumruğ”a borcluyuq. Allah Ali Baş Komandanımızı, Ordumuzu qorusun, Şəhidlərimizin məkanlarını cənnətlik etsin, Qazilərimizin şəfasını versin. Hər birinizin, hər birimizin Qurban bayramı mübarək olsun!”-deyə, o, əlavə edib.

Mətanət Qafarova eyni zamanda, tədbirin baş tutmasında əməyi, zəhməti keçən şəxslərə, özəl qurumlara minnətdarlığını ifadə edib.

Sonra tədbir iştirakçıları-Şəhid ailələrinin təmsilçiləri və digər şəxslər çıxış edib, bayram təbriklərini, xoş arzularını bölüşüblər.

Tədbirin iştirakçısı Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva isə çıxışında Prezident-Xalq birliyindən, Müzəffər Azərbaycan Ordusunun İgidliyindən, Şəhidlərin və Qazilərin Qəhrəmanlığından bəhs edib, eyni zamanda, Qurban bayramı münasibətilə hər kəsi təbrik edib.

Çıxışlardan sonra tədbirdə milli-hərbi vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, rəqslər ifa edilib.

İki saata yaxın davam edən tədbirin sonunda iştirakçılara, Şəhid ailələrinə bayram sovqatı təqdim olunub, xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

K. HƏMİDOV

Etikxeber.az

Read Previous

Azərbaycanda Qurban bayramı-QEYD OLUNUR…

Read Next

Amin Zərbaliyev Azərbaycanın xarici ticarət istiqamətlərindən-YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir