Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Rəşad Mahmudovla vida mərasimi başlayıb.
Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, iyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndinə gətirilib. Hazırda şəhidlə vida mərasimi keçirilir.
Vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.
***
Şəhidlə vida mərasimi başa çatıb, R. Mahmudov doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndində torpağa tapşırılıb.
Etikxeber.az