Şəhidimiz-ƏLƏKBƏR İSGƏNDƏR OĞLU ƏLƏSGƏROV…

Şəhidimiz var!.

Etikxeber.az xəbər verir ki, Qarabağ, müqəddəs Vətən torpaqları uğrunda döyüşlərdə daha bir Şəhid vermişik.

Bakı şəhərinin Nəsimi rayonundan olan 1998-ci il təvəllüdlü-hərbçi (MAXE) Ələkbər İsgəndər oğlu Ələsgərov Füzuli istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Bu gün Şəhidlə izdihamlı vidalaşma mərasimi keçirilib.

Mərasimdə millət vəkili, akademik Ziyad Səmədzadə, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı və işçiləri, rayon sakinləri, Nəsimi ziyalıları, din xadimləri iştirak ediblər.

Mərasim zamanı çıxış edənlər bütün Şəhidlərin Azərbaycan xalqının baş tacı olduğunu, onların qanlarının yerdə qalmadığını və qalmayacağını bildiriblər.

Allah rəhmət etsin!

Etixeber.az

Read Previous

Düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib-BU GECƏ – MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

Read Next

“Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən çəkilməlidir…Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır…”-SƏMƏD SEYİDOVDAN SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir