Martın 26-da Ermənistan tərəfinin bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlunun nəşi doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndindəki evinə gətirilib.
Etikxeber.az-ın məlumata görə, mərasimdə mərhumun yaxınları, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin nümayəndələri və kənd sakinləri iştirak edir.
Dəfn mərasimində böyük izdiham müşahidə edilir.
***
Martın 26-da Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlunun dəfn mərasimi başa çatıb.
Etikxeber.az