Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə dəfn olunub.
Etikxeber.az məlumat verir ki, şəhid doğulduğu Ağstafa rayonunun Həsənsu kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər gedib.
Döyüşlərdə hər iki tərəf itki verib.
Allah rəhmət etsin!
Etikxeber.az