Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəhidimiz Vüsal Qənbərlinin yeni doğulmuş övladı Rəsulu bu gün doğum evindən çıxardıq. Mənzərə qürur doğururdu. Hamı bir nəfər kimi şəhid balasının xidmətində idi. Bu əlamətdar gündə ailəni yalnız buraxmadığı üçün, aidiyyatı dövlət strukturuna, vətəndaşlarımıza və ən başlıcası 5 saylı Kliniki Doğum Evinin rəhbərliyindən texniki işçisinə qədər bütün personalına öz təşəkkürlərimi bildirirəm.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov qeyd edib.
O, əmin olduğunu bildirib ki, yeganə yadigarına göstərilən bu diqqət, bu qayğı qarşısında Vüsalın da ruhu şaddır.
“Bir daha qəhrəman şəhidimizə Allahdan rəhmət, onun ruhunu daşıyan yadigarı Rəsul balamıza isə sağlam və xoşbəxt böyüməsini, atasının adına, xalqına və dövlətinə layiq övlad kimi yetişməsini diləyirəm!”-deyə, millət vəkili əlavə edib.


Etikxeber.az





