“Şəhidimizin atası “Vətənə hamımızın canı fəda olsun”, dedi” – QƏNİRƏ PAŞAYEVA tovuzlu şəhidimizdən yazdı

“Tovuzun və ölkəmizin qəhrəman oğullarından biri Əhmədov Elvin Süleyman oğlu ön cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına şəhid olub. Yanıqlı kəndindəndir Elvin qardaşımız. Bu gün Xocalı soyrımı ilə bağlı tədbirdə çıxış etmək üçün İtalyada səfərdə olduğumuzdan əziz şəhid ailəmizin yanına gedə bilmədim və çox üzgünəm”.

Etikxeber.az xəbər verir ki, bunu Tovuzdan millət vəkili olan Qənirə Paşayeva qeyd edib.

“Dəyərli şəhid qardaşımızın atası ilə telefonla danışdıq” – deyən millət vəkili qeyd edib ki,  belə qəhrəman övladların valideynləri də mərddir, Vətən sevdalıdır.

“Səbr dilədiyim şəhid atamız deyəsən, səsimin titrədiyinin fərqində idi və telefonda Qənirə xanım oğlumla qürur duyuram, təki Vətən sağ olsun, Vətənə hamımızın canı fəda olsun, dedi.

Belə şəhid ailələri qarşısında sadəcə baş əymək lazımdır. Nur içində yatsın şəhid qardaşımız. Konfrans bitən kimi inşallah Tovuza gəliib ailəmizi ziyarət edəcəm.

İnanıram ki, Tovuz şəhidimizi yüksək səviyyədə son mənzilə yola salacaq. Qaniniz yerdə qalmayacaq əziz şəhidlərimiz”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Etibar Babayevdən sərt sözlər: Vəzifə sahiblərindən yenə kimsə yerində deyil

Read Next

Gələcəkdə bir ildə 2-3 dəfə qəbul imtahanı keçirmək imkanımız olacaq – DİM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir