“Şəhidimizin ömrü oğulları Ayxan və Ayazda yaşasın!”-MİLLƏT VƏKİLİ “QARABAĞ” ORDENLİ ŞƏHİD ZAUR ƏLƏSGƏRLİNİN AİLƏSİ İLƏ GÖRÜŞDÜ-FOTOLAR

Milli Məclisin(MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva İkinci Vətən Müharibəsinin Şəhidi, “Qarabağ” ordenli gizir Zaur Ələsgərlinin atası Mübariz Ələsgərli və qəhrəman şəhidimizin qardaşı ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri Şəhidin ailəsi ilə ürək sözlərini bölüşüb:

O, deyib:

“Əziz şəhid atası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Qəhrəman şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Azərbaycan Ordusunun Sualtı Hücum Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli (05.03.1995, Sumqayıt – 31.10.2020; Xocavənd) Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə məharət və fədakarlıqla savaşıb. Zaur Xocavənd döyüşləri zamanı şəhid olub; onun qəbri Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında hər gün ziyarət olunur.

Şəhid oğlunuz Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Qarabağ” yüksək ordeni, habelə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Zaur Ələsgərli kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirk! Şəhidimizin ömrü oğulları Ayxan və Ayazda yaşasın!”

Qəhrəman şəhidimizin ailəsinə Komitə adından Təşəkkür Məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.

Görüşdə millət vəkili Ceyhun Məmmədov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüblər.

Etikxeber.az

Read Previous

FHN-dən hava şəraiti ilə bağlı əhaliyə-MÜRACİƏT

Read Next

Hökumət parlamentə-HESABAT VERƏCƏK – MARTIN 16-DA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir