Şəhidin diplomu niyə ailəsinə verilmir? Qazinin ali təhsilli həyat yoldaşı niyə-İŞLƏ TƏMİN OLUNMUR?

Məmur-rəhbər bürokratiyası, məmur-rəhbər etinasızlığı… görülən tədbirlərə, atılan addımlara, həbslərə, işdən çıxarılmalara…rəğmən, azalmaq əvəzinə gündən-günə artır…

Heç kim, heç bir qurum olanlardan, baş verənlərdən nəticə çıxarmır, ibrət götürmür, heç kim heç kimin “kitabı”nı oxumaq istəmir…

Böyük əksəriyyət özlərini yenə də heç olmamış kimi aparırlar…

Bürokratik…qurumlardan, nazirliklərdən biri də məhz Təhsil Nazirliyidir…

İki fakt:

İkinci Vətən Müharibəsinin Şəhidi, Azərbaycan Texniki Universitetinin (ATU) keçmiş məzunu, evin tək oğlu…Cəmil Habil oğlu Məmmədlinin Şəhidliyindən 6 aydan çox vaxt keçir…

Ailəsi tərəfindən dəfələrlə müraciət olunsa da, müsbət nəticə yoxdur, hələ də Şəhidimizin diplomu verilməyib ailəsinə…

Hətta tanınmışlardan biri bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etsə də və oradan söz verilsə də, elə yenə söz olaraq qalmaqdadır…

Əslən Goranboyun Qızılhacılı qəsəbəsindən olan İkinci Vətən Müharibəsinin iştirakçısı və Qazisi, iki uşaq atası, evin tək oğlu Kamran Qəhrəmanovun həyat yoldaşı-ali təhsilli Çiçək Rövşən qızı Həmdova-Qəhrəmanova 5 ildir ail məktəbi bitirsə də, dəfələrlə müraciət etsə də, lazımi balı toplasa da, hələ də işlə təmin olunmur…

Bir neçə dəfə də elə şəxsən Təhsil nazirinin özünə ( həmçinin, Prezident Administrasiyasına…) məktub, müraciət ünvanlanıb və sair və ilaxır…

Amma nəticə yoxdur…

Əgər Təhsil naziri və Təhsil Nazirliyi belə “operativ”, belə “həssas” olacaqsa…, o zaman o nazirə və o Nazirliyə, ümumiyyətlə, ehtiyac varmı, ehtiyac qalırmı???!!!

Eyni zamanda, Qazi Kamrana və ailəsinə YAŞAT tərəfindən də laqeyd, biganə münasibət göstərilməkdədir…

Hələ də Kamran və ailəsi ilə maraqlanılmayıb, hətta qeydiyyatdan keçsələr belə…

Hər halda YAŞAT ona olan ümidləri doğrultmalıdır, nəinki insanların, xüsusi diqqət və qayğıya ehtiyacı olanların xəyalqırıqlığına çevrilməlidir…

YAŞAT yaşatmalıdır, yaşamaqdan usandırmamalıdır!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrıldı-SƏRƏNCAM

Read Next

Daha bir Qazimiz-Vətən sevdalımız – EMİL İLHAM OĞLU ABDİYEV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir