“Şəhidlərimiz Azərbaycan üçün elə bir fədakarlıq etdilər ki, dövlətimiz durduqca, xalqımız, millətimiz var olduqca, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”-MİLLƏT VƏKİLİ AZAY QULİYEV BU SÖZLƏRİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI İBRAHİM SADIQLININ ANIM GÜNÜ MƏRASİMİNDƏ DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin üç oğlan övladından biri, subay, Əfsanəvi Xüsusi Təyinatlı, Gizir İbrahim Şahin oğlu Sadıqlının Anım Günü ilə bağlı bu gün-3 oktyabr 2024-cü il tarixində İkinci Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Şəhidin məzarını ziyarətdə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, polislər, millət vəkilləri Azay Quliyev və Kamaləddin Qafarov, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, din xadimləri və digər şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Sonra məzarı önündə çıxışlar edilib.

Etikxeber.az xəbər verir ki, millət vəkilləri Azay QuliyevKamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Şəhid Nemət Cavadlının anası Afət Cavadova, Şəhid İbrahim Sadıqlının atası Şahin Sadıqov və digər şəxslər çıxış ediblər.

Çıxışlarda tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, İbrahim Sadıqlı da daxil olmaqla, Şəhidlərimizin İgidlik və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından söz açılıb.

Şəhidlərimizlə Qürur duyulduğu, Fəxr edildiyi, onların heç zaman unudulmadığı və unudulmayacağı dilə gətirilib.

Eyni zamanda, Şəhid İbrahim Sadıqlının ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Millət vəkili Azay Quliyev deyib ki, Şəhidlərimizin fədakarlıqları ilə bağlı saatlarla danışmaq olar.

“Şəhidlərimiz Azərbaycan üçün elə bir qəhrəmanlıq, elə bir fədakarlıq etdilər ki, Azərbaycan durduqca, xalqımız, millətimiz yaşadıqca, var olduqca, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əgər bu gün Azərbaycan ayaq üstədirsə, hər bir azərbaycanlı Azərbaycanlı olduğuna görə fəxr edirsə, qamətimiz dikdirsə, başımız ucadırsa, alnımız açıqdırsa, keçmiş Sovetlər İttifaqında və dünyada öz ərazi bütövlüyümüzü, suverenliyimizi qan tökərək bərpa etmişiksə, dünya hərb meydanında qəhrəmanlıq nümunələri yarada bilmişiksə, məhz Şəhidlərimizə, İbrahimlərə borcluyuq”-deyə, o, sözlərinə əlavə edib.

Çıxışlardan, Şəhidin məzarını ziyarətdən sonra İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində Anım mərasimi keçirilib, adına çay-ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub, eyni zamanda, Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Məkanı cənnətlik olsun!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Suqovuşan Qanqovuşan olsun, “Suqovuşan” medalı “Suqovuşan” ordenilə əvəzlənsin!-TƏKLİF

Read Next

“Bayrağımızı çox sevirdi…Hər yerdə bayrağımızla şəkil çəkdirdirdi…Elə axırda da bayrağa bükülüb qayıtdı…”-3 OKTYABR 2024-CÜ İL TARİXİNDƏ ANIM GÜNÜ OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU ELVİN MƏLİKOVUN ANASI İLHAMƏ MƏLİKOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir