Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əbədiyyətə uğurlanmasının altıncı ilində, Anım Günündə-bu gün, 15 oktyabr 2026-cı il tarixində, səhər saatlarında Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, anası tərəfindən təkbaşına böyüdülən tək və nişanlı övlad, ali-hərbi təhsilli, Leytenant, bir neçə medallı və 3-cü dərəcəli “Rəşadət” ordenli Samir Əliyevin Hərbi Memoral Məzarlıqdakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.
Çıxışlar edilib.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Şəhidlərimiz unudulmamalı, yaddan çıxarılmamalıdır:
“Böyüyən, yetişən nəsil də vətənpərvər olmalıdır. Savad, bilik elə bir şeydir ki, onu oxumaqla da əldə etmək olar. Amma vətənpərvərlik qanda, ruhda olmalıdır”-deyə, İcra başçısı qeyd edib.
Şəhidin məzarını ziyarətdən sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Şəhidin Anım məclisi keçirilib, adına çay-ehsan süfrəsi açılıb.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Xətaili məktəblilər-şagirdlər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeir və mahnılar səsləndirilib.
Sonda xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə, Anım məclisində, eləcə də ailəsinin yaşadığı evdə adına verilən ehsan süfrəsində anası Sevda xanım, nənəsi Cəmilə (Kamilə) xanım, doğmaları, Şəhid ailələri, Qazilər, İcra başçısı Rafiq Quluyev başda olmaqla, Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, media nümayəndələri, iş adamları, din xadimləri, müəllim və şagirdlər iştirak ediblər.
***
FOTOLAR:










***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





