Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Millət vəkili Zahid Oruc Bərdə rayonunda şəhidin dəfn mərasiminə qatılıb.
Etikxeber.az-ın xəbərinə görə, bu gün şəhid hərbi qulluqçumuz Eltun Qarayevin Bərdədə izdihamlı dəfn mərasimi olub.
Dəfn mərasiminə qatılan Zahid Oruc şəhidimizin atası Elman Qarayevə təskinlik verib, onun itkisini öz itkisi kimi qiymətləndirib.
Bildirib ki, şəhidlərimizin şərəfi sayəsində vətənimiz ayaqdadır, dövlətimiz öz müstəqilliyini və azadlığını qoruyur.
“Şəhidlər bu millətin qürur yeridir. Vətən sağ olsun, Allah rəhmət etsin!”-deyə, o, əlavə edib.

Etikxeber.az





