Şəhidlik Haqqı hələ də tanınmayan Gizir, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı, iki medallı-ELVİN CƏFƏRZADƏNİN BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 26 YAŞI TAMAM OLUR – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçılarından olan peşəkar hərbçi və İkinci Qarabağ Savaşından bir müddət sonra iş başında ürəktutmasından dünyasını dəyişən Bərdəli Elvin Ramiz oğlu Cəfərzadənin doğum günüdür.

Elvin Cəfərzadənin bu gün 26 yaşı tamam olur və bu, Onun Cənnətdəki ikinci doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Elvin Cəfərzadə 8 noyabr 1996-cı il tarixində Bərdə rayonunun Köbər kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından, 3 qardaşdan biri və evin kiçik oğlu, sonbeşiyi olub.

Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra həyatını hərblə bağlayıb.

Hərbi polis-taqım komandiri, Gizir olub.

2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Və hərbi polis-taqım komandiri, peşəkar hərbçi, Gizir kimi İkinci Vətən Müharibəsinə qatılıb.

Tərtət-Ağdərə istiqamətlərində, Suqovuşan  Talışda olub.

İkinci Vətən Müharibəsindən az bir müddət sonra, 2021-ci ilin yanvarın 24-də isə Ağdamda postu dəyişərkən ürəktutmasından, cəmi 25 yaşında dünyasını dəyişib.

Nəşi, tabutu üç rəngli bayrağımıza bürünərək, yüzlərlə, minlərlə hərbçinin, iş yoldaşlarının iştirakı ilə Mirzəxan kənd qəbiristanlığında dəfn olunub.

Ali Baş Komandan tərəfindən iki medalla təltif olunub.

O, həm də subay olub.

Eyni zamanda, Elvinin digər-hərbçi, Baş leytenant olan qardaşı Sənan Cəfərzadə də İkinci Vətən Müharibəsində uzun və şərəfli döyüş yolu keçib.

Füzulidən Şuşayacan döyüşlərdə iştirak edib,“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmçinin, qardaşının övladı-balaca Elvin Onun adını daşıyır.

Qeyd edək ki, dünyasını dəyişməsindən iki ilə yaxın vaxt keçsə də, hələ də Elvin Cəfərzadənin Şəhidlik Haqqı verilməyib, Şəhidlik Haqqı tanınmayıb.

Ailəsi tərəfindən dəfələrlə aidiyyatı qurumlara və məsul şəxslərə müraciətlər edilsə də, ailə üzvləri, anası ilə görüşlər keçirilsə də, vədlər verilsə də, ötən müddət ərzində Elvin Cəfərzadənin Şəhidlik Haqqının tanınması, ona Şəhid statusu verilməsi istiqamətində heç bir əməli addım atılmayıb.

Ancaq ailəsi tezliklə Elvin Cəfərzadəyə də Şəhid statusunun veriləcəyinə və onun Haqqının bərpa olunacağına ümid edir və inanırlar.

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün Elvin Cəfərzadənin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxışlar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasimdə Elvin Cəfərzadənin ailə üzvləri, yaxınları, Bərdədən və Goranboydan olan Şəhid ailələri, Qazilər, hərbçilər və digər şəxslər iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:53

***

FOTOLAR:

15:45

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq…”-PREZİDENT – FOTOLAR

Read Next

Daha 38 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir