Şəhidlik Haqqı hələ də tanınmayan-GİZİR ELVİN CƏFƏRZADƏNİN BU GÜN ANIM GÜNÜDÜR…

Aprel döyüşlərinin, o cümlədən İkinci Vətən Müharibəsinin iştirakçılarından olan Gizir və İkinci Qarabağ Savaşından bir müddət sonra iş başında ürəktutmasından dünyasını dəyişən Elvin Ramiz oğlu Cəfərzadənin bu gün torpağa tapşırıldığı gündür.

Elvin Cəfərzadənin bu gün torpağa tapşırılmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Elvin Cəfərzadə 8 noyabr 1996-cı il tarixində Bərdə rayonunun Köbər kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından, 3 qardaşdan biri və evin kiçik oğlu, sonbeşiyi olub.

Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra həyatını hərblə bağlayıb, hərbi polis-taqım komandiri, Gizir olub.

2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Eyni zamanda, hərbi polis-taqım komandiri, Gizir kimi İkinci Vətən Müharibəsinə qatılıb, Tərtət-Ağdərə istiqamətlərində, Suqovuşan  Talışda olub.

İkinci Vətən Müharibəsindən az bir müddət sonra, 2021-ci ilin yanvarın 24-də isə Ağdamda postu dəyişərkən ürəktutmasından, cəmi 25 yaşında dünyasını dəyişib.

Nəşi, tabutu üç rəngli bayrağımıza bürünərək, yüzlərlə, minlərlə hərbçinin, iş yoldaşlarının iştirakı ilə Mirzəxan kənd qəbiristanlığında dəfn olunub.

Ali Baş Komandan tərəfindən iki medalla təltif olunub.

O, həm də subay olub.

Həmçinin, hərbçi qardaşının övladı-balaca Elvin Onun adını daşıyır.

Yeri gəlmişkən, dünyasını dəyişməsindən üç il keçsə də, hələ də Elvin Cəfərzadənin Şəhidlik Haqqı tanınmayıb.

Ailəsi, valideynləri isə övladlarının gec də olsa, Şəhidlik Haqqının tanınacağına inanır və həmin günü səbrsizliklə gözləyirlər!

Məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsın!

Etikxeber.az

Read Previous

Daha 3 universitet akkreditasiyadan-KEÇDİ

Read Next

Sabah Anım günləri olan Vətən müharibəsi Şəhidləri-NƏŞİ 3 AY 23 GÜNDƏN SONRA TAPILAN AĞDAŞLI ATƏM ƏLİYEV VƏ ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 30 İL KEÇƏN KÜRDƏMİRLİ YAŞAR SEYİDOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir