Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəhidlik hər kəsə nəsib olmur. Şəhidlər-seçilmişlərdir. Allah ən sevdiyi bəndələrini Şəhidlik məqamına ucaldır.
Etikxeber.az xəbər verir ki, bu sözləri Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Mahruzlu kənd orta məktəbinin direktoru Aynur Hüseynova əslən Qubadlılı və sözügedən məktəbin məzunları olmuş, adlarına sinif otaqları verilmiş İkinci Vətən Müharibəsi Şəhidləri-Mayor Elçın Bayram oğlu Alıyev və Leytenant Ülvü Tahir oğlu Məhərrəmova həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Qeyd edək ki, bu gün-11 may 2024-cü il tarixində baş tutan tədbirdə adıçəkilən məktəbin müəllim və şagirdləri, Şəhid Elçin Alıyevin anası Adilə Alıyeva və Şəhid Ülvü Məhərrəmovun anası Xatirə Qorçiyeva, keçmiş hərbçilər Simarə Süleymanova, Heydər Quliyev, xeyriyyəçi Xəyal Musayev, şair Elbrus Qayalı və digər şəxslər iştirak ediblər.
Tədbir zamanı öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidlərlə bağlı məlumatlar verilib, çıxışlar edilib.

Sözügedən məktəbin direktoru Aynur Hüseynova Mahruzlu kənd orta məktəbinin məzunları olmuş ali təhsilli-peşəkar hərbçilər Elçin Alıyev və Ülvü Məhərrəmovun da İkinci Vətən Müharibəsi zamanı Şəhidlik zirvəsinə yüksəldiyini bildirərək, onlarla Fəxr duyduqlarını, Qürur hissi keçirdiklərini sözlərinə əlavə edib.
Qeyd edib ki, Şəhidlərimizə ehtiram göstərmək, onları böyüdüb boya-başa çatdıran valideynlərə, ata-analara qarşı həssas və diqqətli olmaq hər bir kəsin insanlıq, vətəndaşlıq borcudur.
“Biz də bu cür tədbirlər təşkil etməklə, az da olsa, Şəhidlərimizin ruhları qarşısında borcumuzu yerinə yetirməyə çalışırıq. Allah hər birinin məkanını cənnətlik etsin!”-deyə, A. Hüseynova sonra bildirib.

Şəhid Ülvü Məhhərəmovun anası Xatirə Qorçiyeva da öz növbəsində belə bir tədbiri təşkil etdiklərinə görə Mahruzlu kənd orta məktəbinin kollektivinə minnətdarlığını ifadə edib.
Tədbirdə çıxış edən Simarə Hüseynova, Heydər Quliyev və Elburus Qayalı isə Şəhidlərimizin ailələrinə Allahdan səbr və dözüm arzulayıb, onlara bir ömür boyu borclu olduğumuzu dilə gətiriblər.
Tədbirdə eyni zamanda, hər iki Şəhidlə bağlı film-videoçarx nümayiş etdirilib.
Bununla yanaşı, məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, kompozisiya nümayiş etdirilib.
Məktəblilərin hər bir çıxışı alqışlarla qarşılanıb.
Sonda xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:



















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az