Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Birinci Qarabağ Savaşı Şəhidi Kərəm Əyyub oğlu Zeynalovun Anım günüdür.
Kərəm Zeynalovun Əbədiyyətə uğurlanmasından 31 il keçir.
O, 31 il öncə-7 avqust 1992-ci il tarixində Laçın uğrunda döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Etikxeber.az-ın xəbərinə görə, Kərəm Zeynalov 1967-ci il yanvarın 11-də Laçın rayonunun Yuxarı Fərəcan kəndində dünyaya gəlib.
O, kənd orta məktəbində tam orta təhsil alıb.
Keçmiş sovet ordusunda həqiqi hərbi xidmətini başa vurduqdan sonra doğulub böyüdüyü Laçın rayonu Fərəcan kəndinə qayıdıb.
İlk əmək fəaliyyətinə Laçın rayonu Səfiyan sovetliyində yerləşən sovxozda briqadir vəzifəsindən başlayıb.
Lakin erməni silahlı qüvvələrinin ölkəmizə qarşı başladığı elan olunmamış müharibə qeyrətli Vətən övladları kimi onu da əlinə silah götürməyə məcbur edir.
1991-ci ildə müdafiə qrupu yaranıb, Kərəm o qrupa qoşulub və kəşfiyyatçı kimi fəaliyyət göstərib.
Onun döyüş yolu Şuşanın Turşsu kəndindən, Laçın və Kəlbəcər rayonlarından keçib.
1992-ci ilin avqustun 3-də Laçın rayonu uğrunda gedən “Qızartı” döyüşündə yaralanan Kərəm Zeynalov səkkiz yaralı ilə birlikdə Bakı hospitalına gətirilib, beynindən əməliyyat olunub.
Ancaq həkimlərin səylərinə baxmayaraq yarası dərin olduğundan Kərəm Zeynalovun həyatını xilas etmək olmayıb.
Kərəm Zeynalov avqustun 7-də Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.
1990-cı ilin dekabr ayında Kərəm Zeynalov Atlas xanımla ailə qurub və Elmira adlı bir qız övladları dünyaya gəlib.
Qeyd edək ki, Kərəm Zeynalovdan 2 il sonra, 1994-cü ildə isə iki övlad atası olan qardaşı Salman Zeynalov da Şəhidlik məqamına ucalıb.

***
Anım Günü ilə bağlı Saray qəsəbəsində-Şəhidin ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Eyni zamanda, Şəhidin yeni dünyaya gəlmiş nəvəsinin-adını daşıyan balaca Kərəmin qırxçıxdı mərasimi keçirilib.
Həmçinin, Şəhidin xatirə lövhəsinin açılışı olub.

Açılışda Şəhidin ruhuna dualar edilib, ailəsinə-həyat yoldaşı Atlas xanıma və tək qızına Allahdan səbr və dözüm arzulanıb.
Eyni zamanda, Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.
Bununla yanaşı, adını daşıyan nəvəsinə Allahdan uzun ömür, can sağlığı arzulanıb.
Birgə təşkil olunmuş mərasimlərdə Şəhidin ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, məqamı Uca, ruhu şad və nəvəsinin köməyi olsun!
Nur içində yatsın!
14:58
***
FOTOLAR:










16:30
***









17:00
***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




