Şəhidliyindən əvvəl özünə “Rəşadət” ordeni arzuladı-ŞƏHİDLİYİNDƏN SONRA “RƏŞADƏT” ORDENİ İLƏ TƏLTİF EDİLDİ…EVİN TƏK VƏ SUBAY ÖVLADI EMİN SADİQOV… – FOTOLAR

“Yoldaşımın-Emin atasının adı Rəşadət idi…Bir gün Emin gəlib dedi ki, ana, general Kərəm Mustafayevə “Rəşadət” ordeni verilib…Atamın da adı Rəşadətdir…İstəyirəm ki, bir gün mənə də “Rəışadət” ordeni nəsib olsun…Taleyin, qismətin işinə, yazısına bax, Emin Şəhidliyindən sonra bu arzusuna çatdı, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olundu…”

Bu sözlər Naxçıvanlı, əslən Şahbuzlu İkinci Vətən Müharibəsi Şəhidi Emin Rəşadət oğlu Sadiqovun anası-Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Gülşad xanım Rüstəmliyə məxsusdur.

Qeyd edim ki, bugünlərdə Naxçıvanda olarkən bir neçə Şəhid ailəsi ilə yanaşı Şəhid Emin Sadiqovun da ocağını-Naxçıvan şəhərinin Şıxmahmud kəndində yaşayan anası Gülşad xanımı ziyarət etdim Şəhid ataları və Şəhidsevərlərlə…

Onu da qeyd edim ki, həm Naxçıvanda, həm də Şəhid Eminimizin ocağında ilk dəfəydi olurdum…

Şəhidimizin ocağı-ev muzeyi ilə tanış oldum, anası Gülşad xanımla söhbətləşdim, dərdləşdim…

Onunla birlikdə Şəhidimizin cəmi 23 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yoluna nəzər saldım…

O yol ki, qısa da olsa, şərəfli və qürurludur…

O yol ki, bitməyən, tükənməyən xatirələrlə, anılarla, Qəhrəmanlıq nümunələri ilə doludur…

O yol ki, yaşından asılı olmayaraq, hər kəs üçün nümunə və örnəkdir…

Bu yerdə qeyd edim ki, əslən Şahbuzlu Emin Sadiqov 21 iyul 1997-ci il tarixində Şahbuzkənd kəndində dünyaya gəlib…

Evin-ailənin tək və subay övladı olub…

10 yaşında atasını itirib…

Həmin vaxtdan anası Gülşad xanım ona həm analıq, həm də atalıq edib…

Sonra Naxçıvan şəhərinə köçüblər…

10 ildən çox anası ilə kirayədə yaşayıblar…

2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə oxuyub, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali-hərbi təhsilə yiyələnib..

Leytanant kimi Qazax rayonu istiqamətində “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsi zamanı-okyabrın 1-də isə özü könüllü şəkildə Vətənin müdafiəsinə atılıb…

Yaralanmasına baxmayaraq, yenə də döyüş yoluna davam edib…

2020-ci ilin 26 oktyabr tarixində isə Vətən yolunda qəhrəmancasına Şəhid olub…

Nəşi dörd gün sonra-oktyabrın 30-da Şahbuzkənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

Anası Gülşad xanımın dediyinə görə, Emin 2015-2019-cu illər buraxılışından olan 35 Şəhiddən biridir…

32-si İkinci Vətən Müharibəsində, 3-ü isə sonrakı əməliyyatlarda Şəhidlik məqamına ucalıblar…

Emin də qeyd etdiyim kimi İkinci Vətən Müharibəsində Şəhadətə qovuşub…

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Allah anası Gülşad xanıma torpağı sanı ömür, səbr və dözüm versin!

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək…”-İLHAM ƏLİYEV

Read Next

“Elçinlə axırıncı dəfə Antiterror əməliyyatından az öncə danışdım…Dedi ki, bir azdan əməliyyata başlayırıq…Sonra saat 1-də vatsapıma yazdı ki, əməliyyata başladıq…”-EVİN TƏK VƏ AİLƏLİ OĞLU, ALİ-HƏRBİ TƏHSİLLİ, ŞƏRURLU ANTİTERROR ŞƏHİDİ ELÇİN İBRAHİMLİNİN ANASI AYNUR İBRAHİMOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir