Şəhidliyindən 3 ay 12 gün sonra dünyaya gələn kiçik qızı Yağmurla eyni gündə doğulan, bu gün 33 yaşı tamam, Cənnətdəki ikinci doğum günü olan-ANTİTERROR ŞƏHİDİ RAMİL RƏHİMOV… MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILDI… – FOTOLAR – YENİLƏNİB

Əslən Ağstafalı, özü isə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən olan Antiterror Şəhidi, ailənin üç övladından, iki qardaşdan biri, iki qız övladı Vətənə əmanət qalan peşəkar hərbçi, Gizir, “Vətən uğrunda” medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Ramil Sücəddin oğlu Rəhimovun Cənnətdəki ikinci doğum günü, 33 yaşının tamam olması ilə bağlı bu gün-1 yanvar 2025-ci il tarixində, səhər saatlarında Əbədiyyətə uğurlandığı İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra Ceyranbatan qəsəbəsində yerləşən “Şah Sarayı” şadlıq sarayında Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Hər zaman Şəhid ailələrinin yanında olan ictimai fəal Arzu Əliyevanın aparıcılıq etdiyi məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha ruhuna dualar edilib.

Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Sonra çıxışlar edilib.

Çıxışlarda Şəhidin 31 illik qısa, lakin şərəfli həyat və hərb yolundan, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Cənnətdəki ikinci doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər və mahnılar, musiqilər səsləndirilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı təşkil edilən məclisdə ailə üzvləri, doğmaları, Bakıdan, Sumqayıtdan, Abşerondan, Şabrandan, Qusardan, Bərdədən, Hacıqabuldan, Sabirabaddan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

Eyni zamanda qeyd edək ki, bu gün həm də Şəhidin ikinci qız övladının-Şəhidliyindən 3 ay 12 gün sonra dünyaya gələn balaca Yağmurun doğum günü idi.

Onun 1 yaşı tamam olurdu.

Atasının torpağı sanı yaşasın, ruhu köməyi olsun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hələ də Orden haqqı tanınmayan Gəncəli İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay övlad-RAMAL MƏMMƏDOVUN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Tək və subay övlad, İkinci Vətən Müharibəsi iştirakçısı, MAXE, Yeni ilin ilk gündə Cənnətdəki ikinci doğum günü olan-XAÇMAZLI ANTİTERROR ŞƏHİDİ AĞAMİ ƏLİŞANOV… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir