Şəhidliyindən sonrakı ilk ad günündə Ruslan Cəfərlinin baralyefinin-AÇILIŞI OLDU – FOTOLAR

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ruslan Nəcəf oğlu Cəfərlinin doğum günüdür.

Etikxeber.az-ın xəbərinə görə, bu, Şəhid Ruslan Cəfərlinin Şəhidliyindən sonrakı, Cənnətdəki-Cənnətindəki ilk ad günüdür.

Şəhid Ruslan Cəfərli 1995-ci ilin mayın 25-də Mingəçevir şəhərində anadan olub.

Evin tək oğlu, həm də subay olub.

İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib və Suqovuşanda ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi noyabrın 21-də Mingəçevirdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bir müddət öncə Şəhidin adını daşıyan bulağın açılışı olub.

Bu gün, doğum günündə isə Şəhid Ruslan Cəfərlinin yaşadığı binada baralyefinin-monumentinin açılışı olub.

Açılış mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri,Qazilər, məktəblilər, Mingəçevir ziyalıları iştirak ediblər.

Açılış zamanı çıxışlar edilib, məktəblilər tərəfindən Vətənə, Şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbir iki saata yaxın davam edib.

Nur içində yatsın, məkanı çənnətlik olsun!

Allah rəhmət etsin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Atasına-Şəhidinə-Cənnətinə qovuşdu-BİR YAŞLI İNCİ İNCİMİZ…

Read Next

Jalə Əliyeva Türkiyənin EkoAvrasiya İqtisadi Əməkdaşlıq Qurumunun fəxri diplomu ilə-TƏLTİF OLUNDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir