Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Abşeron rayonunun Saray qəsəbəsindən olan “Qisas” əməliyyatı Şəhidi, ailənin iki oğlan övladından biri, ali hərbi təhsilli-peşəkar hərbçi, Baş leytenant Hüseyn Abbasqulu (Abbas) oğlu Nəcəfzadənin Şəhidliyinin, Əbədiyyətə uğurlanmasının ikinci ilə bağlı bu gün-12 sentyabr 2024-cü il tarixində, günorta saatlarında Xırdalan şəhərində yerləşən “Bənövşə” restoranında Anım mərasimi, çay-ehsan süfrəsi təşkil olunub.
Mərasimin təşkilatçısı isə Birinci Qarabağ Savaşının iştirakçısı, müharibə veteranı, keçmiş hərbçi Simarə Süleymanova və xeyriyyəçi Xəyal Musayev idi.
Etikxeber.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Raziyə Kamilqızının aparıcılıq etdiyi tədbirdə-Anım mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar edilib.
Çıxışlarda Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat, ömür, hərb və döyüş yolundan danışılıb, İgidliyi və Qəhrəmanlığından, Vətənpərvərliyi və Vətənsevərliyindən söz açılıb.
Ailəsinə, valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.
Daha sonra Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar və şeirlər səsləndirilib.
Kövrək, təsirli, duyğulu anlar yaşanıb.
Eyni zamanda, Simarə Süleymanova tərəfindən Şəhidin vəfalı və etibarlı nişanlası Atlas xanıma hədiyyə təqdim olunub.
Mərasim zamanı həmçinin, xatirə fotoları çəkdirilib.
Mərasimdə Şəhidin ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, media mənsubları, ziyalılar iştirak ediblər.
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az