Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.
Etikxeber.az xəbər verir ki, bu barədə mətbuata Səhiyyə Nazirliyindən )SN) məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.
Etikxeber.az