Səhiyyə Nazirliyi: Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb

Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanda H3N2 virusuna yoluxma nəticəsində əhali arasında ölüm faktlarının baş verməsi barədə yayılan məlumatlara münasibət bildirən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, bu barədə yayılan məlumatlar doğru deyil. Əgər belə hal olsaydı, Səhiyyə Nazirliyi bununla bağlı mütləq açıqlama verərdi. İ.Ağayev bildirib ki, qripdən ölüm faktının təsdiqlənməsi üçün ölmüş şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrində müayinə edilməli və ölümün səbəbi aydınlaşdırılmalıdır.

Baş epidemioloq qış mövsümündə kəskin respirator virus infeksiyalarının yayılmasının normal olduğunu qeyd edib. Vurğulayıb ki, hazırda ölkə ərazisində epidemioloji vəziyyət sabitdir. Ölkəmizdə kəskin respirator virus infeksiyalarına yoluxma faktı qeydə alınsa da, bu, epidemioloji səviyyədə deyil.

İ.Ağayev bu virusların yayılmasının qarşısının alınmasında əhalinin tibbi maskalardan istifadə etməsinin vacibliyini də bildirib.

Etikxeber.az

Read Previous

XİN-dən “İslam Hərbi Birliyi” açıqlaması…

Read Next

FIFA dünya çempionatında iştirakçı komandaların sayını artıracaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir