Səhiyyə Nazirliyinə əlavə-SƏLAHİYYƏT VERİLDİ…

Səhiyyə Nazirliyinə əlavə səlahiyyət verilib.

Etikxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən qurumlar sırasına Səhiyyə Nazirliyi də əlavə olunub.

Beləliklə, Müdafiə, Daxili İşlər, Ədliyyə, Səhiyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılacaq.

Etikxeber.az

Read Previous

Kürdəmirdə yol tikintisinə 6 milyon manat ayrıldı-SƏRƏNCAM

Read Next

Prokurorluq əməkdaşlarına ali xüsusi-RÜTBƏLƏR VERİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir