“Səhiyyə sahəsinə ayrılan vəsait çox azdır, bu vəsait artırılmalıdır” – KOMİTƏ SƏDRİ

“Səhiyyə sahəsinə ayrılan vəsait çox azdır, bu vəsait artırılmalıdır”.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri qeyd edib ki, səhiyyə sahəsində çalışanların əmək haqları olduqca aşağıdır:

“Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilir. Amma əmək haqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur. Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Səhiyyə sahəsinə ayrılan vəsait artırılmalıdır ki, adambaşına düşən səhiyyə xərcləri bu artıma uyğun olsun. Maliyyə Nazirliyindən bu cür ciddi məsələyə diqqət etməyi xahiş edirəm”.

KAMİL

Etikxeber.az

Read Previous

“Bakı-Tbilisi-Qars” iki qitəni polad əsaslarla birləşdirən unikal Avrasiya layihəsidir” – DEPUTAT – YENİLƏNİB

Read Next

Özəl bağçalarda say tərkibi və təhsilin keyfiyyəti ilə bağlı monitorinqlər aparılsın – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir