“Şəhriyarın “adamı” olmadığı üçün…” – SİYAVUŞ NOVRUZOV

Spiker: Siyavuş,”Qaçaq Koroğlu” olmayıb…

“Şəxsən mən “Dəvəçi”nin “Şabran” adlandırılmasının tərəfdarı deyildim, bu gün də onun əleyhinəyəm”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin növbədənkənar iclasında 15 rayonda yer adlarının dəyişdirilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib.
O, qeyd edib ki, çünki buna ehtiyac yoxu idi:
“Dəvəçi” təmiz türk sözüdür. Amma təəssüf ki, “Dəvəçi”nin adı “Şabran”la əvəızləndi. Eyni zamanda, hesab edirəm, Xanlar rayonun adı “Göygöl”dənsə, “Yelenendorf” olsa, daha yaxşı olardı. Çünki burada uzun illər almanlar da yaşayıb, həmin yerin adı da bir zamanlar belə adlanıb və yenidən almanların, Almaniyanın buraya marağını nəzərə alaraq, belə dəyişikliyə getmək daha düzgün olardı…”.
nizami-rafael
Akademik, Milli  Məclisin (MM) komitə sədri Rafael Hüseynov isə Xanlar rayonunun adının Cavadxan olmasının daha düzgün olduğunu bildirib:
“Mən o zaman Xanlar rayonunun adı dəyişdirilərkən demişdim ki, bu bölgənin adı Cavadxan olsun…Amma çox təəssüflər olsun ki, o zaman bu təklifimi nəzərə almadılar”.
MM-in digər komitə sədri Siyavuş Novruzov da Xanlar rayonunun adının əslində “Yelenendorf” adlandırılmasının düzgün olduğunu söyləyib:
“Burada almanlar yaşayıb, ona da ad veriblər…İndi “Xanlar”ın “Göygöl” adlandırılmasının nə mənası var?! Şəhriyar ən böyük azərbaycanlıdır. Amma “adamı” olmadığı üçün adına bir dənə küçə də yoxdur…Şah İsmayıl Xətayinin heykəlinin aparıb iki küçənin ortasına qoymuşuq…Amma Qaçaq (?) Koroğluya parkın, şəhərin ən gözəl yerində heykəl qoymuşuq…”
Spiker Oqtay Əsədov isə S. Novruzova iradını bildirib:
“Eposlarımıza sataşma…Qacaq Koroğlu olmayıb”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Gəlin onda Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq – SPİKERDƏN DEPUTALARA İRAD

Read Next

“TANAP”-ın açılışı – YENİLƏNİB – (2) – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir