Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 85 illiyi qeyd olunacaq

Dekabrın 21-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.

Etikxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və AzTV-nin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə orkestrin yaranmasından, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyətindən söz açılacaq.

Konsertdə xalq çalğı alətləri orkestrinin müşayiəti ilə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.

Etikxeber.az

Read Previous

“Strateji Yol Xəritəsi”: MBNP və Mərkəzi Bank təlim və sertifikatlaşdırma proqramları təşkil edəcək

Read Next

Daha bir şəhər “Avro-2020”-nin loqotipini təqdim edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir