Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Koronavirusun yaratdığı problemlərə baxmayaraq, Təhsil Nazirliyi tədris prosesini onlayn yolla davam etdirir. Bütün siniflər və bütün fənlər üzrə yeni mövzular yazılaraq telekanal vasitəsi ilə bütün ölkəyə yayılır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
O, bildirib ki, dərslərin yazıldığı mərkəz Bakının Səbail rayonunun 6 saylı məktəb-litsedə yerləşir.
“Bu gün Təhsil Nazirliyindən icazə alaraq həmin mərkəzdə oldum. Nazirliyin şöbə müdiri Cəsarət Valehov və məktəbin direktoru Gülşən Orucova onlayn tədrisin təşkli ilə məni tanış etdilər. Onlayn tədrisə Bakı, Sumqayıt şəhərlərinin, Abşeron rayonunun və bu zonada yerləşən məcburi köçkün rayonlarının məktəblərinin ən yaxşı müəllimləri cəlb ediliblər. Mərkəzdə Təhsil Nazirliyinin böyük bir kollektivi bütün gün ərzində tədrisin təşkli ilə məşğuldurlar. Sonra kollektiv şəkil çəkdirəndə operator “xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq bir-birinizdən iki metr aralı durmalısınız” dedi. Ona tabe olduq”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az





