Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
10 iyul tarixində Gəncədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular. Təklif edirəm ki, polkovnik-leytenant Səməd Abbasova istisna kimi ölümündən sonra polkovnik rütbəsi verilsin.
Etikxeber.az xəbər verir ki, bu təkliflə millət vəkili Aydın Mirzəzadə çıxış edib.

Millət vəkili qeyd edib ki, bu, tariximizdə iki polis polkovnikinin şəhidliyi kimi qalardı.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





