Səməd Seyidov, Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli və Elşad Həsənov Fransaya gedirlər…

Fransada AXC-nin 100 illiyinə həsr olunmuş film nümayiş etdiriləcək

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli və Elşad Həsənov dekabrın 9-dan Fransada səfərdə olacaqlar. 

Etikxeber.az-a MM-dən daxil olan məlumata görə,  millət vəkilləri Strasburq şəhərində Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəklər.

Toplantı Avropa Parlamentinin plenar sessiyası çərçivəsində  keçirilir. Tədbir zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş  AXC tarixindən bəhs edən film və Azərbaycana həsr olunmuş foto-sərgi nümayiş olunacaq.

Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Cavanşir Feyziyev, eyni zamanda, Fransa Senatında və Milli Assambleyada Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcək.

Görüşdə qanunverici orqanlar arasında əlaqələrin möhkəmləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunacaq.

Fransanın Kolmar şəhərinin fəxri səfiri olan Cavanşir Feyziyev bu şəhərin meri ilə də görüşəcək.

Görüşdə Şəki ilə Kolmar arasında əməkdaşlıq barədə imzalanmış protokola əsasən, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Avronest Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova isə adıçəkilən qurumun iclasında iştirak edəcək.

Yığıncaqda Avronest PA-nın 2019-cu il üçün tədbirlər planı, təşkilatı və bir sıra texniki məsələlərə baxılacaq.

Səfər dekabrın 15-də başa çatacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ələt azad iqtisadi zonasının yaranması ilə bağlı 4 qanun dəyişdirilir….

Read Next

“İstərdik ki, Zəhranın uğurları zaman keçdikcə artsın və o da bayrağımızı ucalara qaldırsın” – RZA QULİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir