Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ermənistan tərəfindən növbəti məsuliyyətsiz bəyanatlar, fikirlər səsləndirilir. Bu gün də bunun şahidi olduq.
Etikxeber.az-ın xəbərinə görə, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov adıçəkilən komitənin sentyabrın 14-də keçirilən iclasında deyib.
Komitə sədri, xüsusilə, Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı ( AŞPA) nümayəndə heyətini məsuliyyətsizlikdə ittihamlayıb.
“Bildiyiniz kimi, Ermənistan hakimiyyət dəyişikliyindən sonra AŞPA-da hələ də keçmiş rəhbərliyin müəyyənləşdirdiyi nümayəndə heyəti təmsil olunur. İndi onlar Paşinyan hökumətinin formalaşdıracağı nümayəndə heyətində hansısa formada yenidən təmsil olunmaq üçün növbəti məsuliyyətsiz addımlara əl atıblar. Onların verdiyi bəyantada da bir dənə olsun həqiqətə əks etdirən məqam yoxdur, hamısı tamamilə məntiqsiz ifadələrdir. Onlar Ermənistan rəhbərliyinin, Paşinyan hökumətinin məsuliyyətsiz bəyanatlarını təkrarlayır, eləcə də, Paşinyanın demək istədiklərini səsləndirirlər. Ancaq bunların heç bir faydası yoxdur”-deyə, komitə sədri sözlərinə əlavə edib.
Komitə sədri eyni zamanda, Paşinyanın nüfuzunun günü-gündən aşağı düşdüyünü sözlərinə əlavə edib:
“Paşinyan hökuməti nüfuzdan düşüb, bir qədər sonra onun yalnız regionda deyil, dünyada və beynəlxalq səviyyədə nüfuzdan düşəcəyinin də canlı şahidi olacağıq”.
S.Seyidov vurğulayıb ki, bütün dünya, o cümlədən Avropa Şurasının özü də Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı konkret qətnəmələr qəbul ediblər, heç kəs bunu inkar edə bilməz.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az