Səməd Seyidovla Sabir Hacıyev AŞPA-ya gedir…

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir  Hacıyev Avropa Şurası Parlament Assambleyası (AŞPA) komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 10-dan 15-dək Fransaya səfər edəcəklər. 

samad-seyidov-2

Etikxeber.az xəbər verir ki, Parisdə keçiriləcək Siyasi işlər  və demokratiya, Hüquqi işlər və insan haqları  komitələrinin iclaslarında quruma  üzv  dövlətlərdə terrorizmə  qarşı mübarizə,  gender  bərabərliyi üzrə dünya  demokratik forumuna hazırlıq, demokratik  seçki prosesi  zamanı  media azadlığının  prinsipləri, referendum keçirilməsi  sahəsində  yeniliklər,  təşkilatda  prosedur  qaydalardan  sui-istifadə  hallarının aradan qaldırılması  və  ekstradisiya şərtləri, üzv  dövlətlərdə  QHT-lərin fəaliyyəti və digər  məsələlər  müzakirə   ediləcək.

Deputatlarımız müzakirə olunacaq məsələlərə öz  münasibətlərini bildirəcəklər.

Etikxeber.az

Read Previous

Millət vəkillərindən “Lazarev klubu”na kəskin – ETİRAZ

Read Next

“Danışıqların sual altına alınması ilə bağlı davamlı cəhdlər müşahidə edilir” – NAZİR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir