Səmədzadə: “Gömrük Məcəlləsinə edilən dəyişiklik vətəndaşların gömrükdən mallarını rahat keçirməsinə xidmət edəcək”

Gömrük Məcəlləsinə edilən dəyişiklik vətəndaşların gömrükdən mallarını rahat keçirməsinə xidmət edəcək.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM)  bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub.

Qanuna dəyişiklik barədə məlumat verən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki,  Məcəlləyə dəyişikliklərin əsas mahiyyəti vətəndaşların ölkəyə idxal və ixrac malarını rahat qaydada gömrük keçid məntəqlərindən keçirməsi, gömrükdə ticarət dövriyyəsinin artırılması, gömrük sistemində vahid pəncərə sisteminin yaradılması və  gömrük sisteminin beynəlxalq standartlara uyğunlaşdırlımasına xidmət edir. Komitə sədri əlavə edib ki, dəyişikliklər eyni zamanda, ölkədə biznes mühitinin yaxşılamasına, mal və nəqliyyat vasitələrinin gömrükdən keçirilməsində sadə gömrük bəyannaməsinin sadələşdirilməsinə və malların, nəqliyyat vasitələrinin rahat keçirilməsinə xidmət edir. “Bununla yanaşı gömrük keçid məntəqələrində yaşıl, mavi və qırmızı zonaların yaradılmasına xidmət edir. Yaşıl, mavi və qırmızı dəhlizin yaradılması ilə bağlı olaraq gömrük mənətqələrində müvafiq infrastrukturların və hərəkət zolaqlarının yaradılmasını nəzərdə tutur. Bu dəyişikliklər gömrükdə ticarət dövriyyəsinin artmasına və intizamın yaradılmasına, o cümlədən, vətəndaşların maneəsiz olaqar mallarını gömrükdən keçriməsizə öz töhfəsini verəcək”– deyə, komitə sədri bildirib.

Etikxeber.az

Read Previous

Hakim vəzifəsinə seçkilər ciddiləşdirlir…

Read Next

İdman-mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmayacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir