“Şəmistanın əhvalı əsl qalib əhvalıdır…Ülvi isə hospitala yerləşdirilsə də, israr edərək yenidən cəbhəyə yollanıb…”-BƏHRUZ MƏHƏRRƏMOV

Biləsuvarın fəxri, Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Hadrud qəsəbəsinin və Xudafərin kəndinin işğaldan azad olunmasında fəal iştirak edən qazimiz Əsgərli Şəmistan Ədalət oğluna zəng etdim. Əhvalı əladır, əsl qalib əhvalı! Dediyinə görə yaraları da tam sağalmaq üzrədir, yaxın günlərdə xidmətə geri dönəcək. Allah yolunu açıq etsin, Şəmistan həqiqətən qürur duyulası igidimizdir!

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov dilə gətirib.

“Həmçinin Biləsuvardan olan digər qazimiz, Məmmədli Ülvi Rəşad oğlu ilə əlaqə saxlasam da, yalnız qazimizin atası ilə danışa bildim. Qazinin atası Rəşadın dediyinə görə, Ülvi hospitala yerləşdirilsə də, israr edərək yenidən cəbhəyə yollanıb. Tam sağalmasa da, ümumilikdə isə səhhəti yaxşıdır, şərəflə xidmətini davam etməkdədir. Rəşad qardaşımızı dinlədikcə bir daha həm qazimiz, həm də atası ilə qürur duydum! Allah bütün qazilərimizi, əsgərlərimizi qorusun!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir-FOTO-VİDEO

Read Next

Suqovuşana çəkiləcək avtomobil yolu minalardan-TƏMİZLƏNİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir