Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Onun haqqında hələ çoxdan yazmağı düşünürdüm…
Amma hər dəfə bir iş ortaya çıxırdı, nədənsə alınmırdı…
Demək ki, bu günə qismətmiş…
Onu çoxdan, təxminən 2000-ci illərin ortalarından, 17-18 il olar ki, tanıyırdım, tanıyıram…
Qiyabi və əyani şəkildə…
Xüsusilə də gözəl, bənzərsiz, təkrarsız bəstələrindən, ifalarından, insana nəfəs kimi gələn, hər dəfə ruhumu yerindən oynadan “Nəfəs”indən…
Ancaq onu lap yaxından 2020-ci ildən-44 günlük İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən sonra tanımağa başladım…
Dəfələrlə birlikdə iştirakçısı olduğumuz Şəhid məclislərindən, Şəhid tədbirlərindən…
İlk dəfə isə səhv etmirəmsə, 2021-ci ilin sentyabrında Kürdəmirdə, Şəhid Nahidimizin, Nahid Mikayılovun ocağında-həyat yoldaşı tərəfindən adına təşkil edilən məclisdə görmüş və tanış olmuşdum…


Gözlədiyimdən də sadə, mədəni, mehriban, səmimi…
Bir çoxları-bir çox sənət adamları kimi özünü dartmadan, yuxarıdan aparmadan…
Sonra ardıcıl bir neçə tədbirdə rastlaşdıq, birlikdə iştirakçı olduq…
Və nəticədə aramızda bir səmimi ünsiyyət, dostluq və qardaşlıq münasibətləri yaranmağa başladı…
Onunla 4-5 ildir yaxından tanış olsaq da, aramızda dostluq və qardaşlıq mübasibətləri yaransa da, sanki illərdir bir-birimizi tanıyırmışıq…
O dərəcədə…
Onun adı Ruslan, soyadı isə Səfəroğludur…
Böyük əksəriyyətin, yüz minlərin, milyonların tanıdığı, qəbul etdiyi, bəyəndiyi, doğması bildiyi Ruslan Səfəroğlu…
İnsanlığı, Şəxsiyyəti kimi Sənəti də, Sənətkarlığı da Uca olan tanınmış bəstəkar və müğənni Ruslan Səfəroğlu…
Onu həm də ən çox sevdirən, böyük əksəriyyətin doğması edən Şəhidsevər olmasıdır…
Onun kimi çox az İnsan, Sənətkar, Ziyalı tapılar ki, tam təmənnasız, tam səmimi Şəhidsevər olsun…
Yeganə (istisnalarla) bəstəkar və müğənnidir ki, son 6 ilə yaxın müddət ərzində yüzlərlə, bəlkə də minnlərlə Baş Tacımız olan Şəhidlərimizə mahnılar bəstələyib və özü də təkrarsız səsi ilə ifa edib…
Hər bəstəsi, hər ifası da ürəkləri oxşayıb, yaralı, bala həsrətli qəlblərə bir məhləm olub…
O da istəsəydi, 2-3 mahnı bəstələyib…, kifayətlənərdi…
Amma etmədi, etmir, kifayətlənmədi, kifayətlənmir…
Son 6 ilə yaxın müddətdəki fəaliyyətinin, yaradıcılığının Ana, Baş Xəttini məhz Şəhidlər təşkil edir…
Bu da Onun necə Ürəyə malik, necə İnsan olmasının əyani və bariz nümunəsidir…
Düzdür, bəzən incidilib, qəlbinə dəyilib, haqsızlığa məruz qalıb, özüm şahidi olmuşam, amma heç zaman müqəddəs yolundan dönməyib, inciməyib, küsməyib, kənara çəkilməyib…
Yenə də yazıb, yaradıb və ifa edib Şəhid manılarını…
O, artıq Şəhid ailələrinin bir üzvünə, bir əzizinə, bir doğmasına çevrilib, onlardan biri olub…
Bax bu cür qəlblərdə taxt ucaldıb…
***






Bu əziz İnsanın qarşıdan doğum günü, yeni yaşı gəlir…
Səhv etmirəmsə, mayın 15-də doğum günüdür, yaşı artıq yarım əsrə yaxınlaşır…
Amma gözləyə bilmədim, səbrim çatmadı, doğum günü ilə bağlı yazımı bir neçə gün öncədən yazmağa qərar verdim…
Dedim ki, birdən gec olar, yenə başqa vaxta qalar…
Ona görə məhz bu gün-3 may 2026-cı il tarixində yazdım…











O, daha gözəl sözlərə layiqdır, daha gözəl sözləri HAQQ edir…
Bütün gözəl sözlər, kəlmələr, bütün gözəlliklər də Onun olsun…
Onu-əziz Dostum və Qardaşımı, Sənəti ilə Şəxsiyyəti, Şəxsiyyəti, Kişiliyi ilə Sənəti üst-üstə düşən Ruslan bəyi, Ruslan Səfəroğlunu qarşıdan gələn doğum günü, yeni yaşı münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edir, Ona uzun ömür, can sağlığı, şəxsi, ailə və iş həyatında-yaradıcılığında yeni Zirvələr, Zəfərlər, Uğurlar arzulayıram.
Arzu edirəm ki, ən azı yaşının üstünə bir o qədər də yaş gəlsin!
Bir daha doğum günü və yeni yaşı mübarək olsun!
Milyon kərə Amin!


Sayğılarla,
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri





