“Sən Xalq artistisən?!” dedi və bir gün sonra Yalçın Rzazadəni bu ada layiq gördü… TARİX

Tanınmış müğənni, Xalq artisti Yalçın Rzazadə keçmiş dövlət başçısı-mərhum Heydər Əliyevlə bağlı çox maraqlı açıqlama verib.

Etikxeber.az-ın məlumatına görə, bu gün telekallardan birində qonaq olan müğənni H. Əliyevlə bağlı xatirələrini bölüşərkən maraqlı bir hadisəni xatırladıb.

“Mən heç bilməzdim ki, Heydər Əliyevdə bu dərəcə zərif və incə yumor var…1998-ci il idi…İndi Heydər Əliyevin adını daşıyan Respublika Sarayında dövlət könserti idi, səhv etmirəmsə, Rumıniyanın dövlət başçısı və onun başçılıq nümayəndə heyəti Azərbaycan gəlmişdi və onların şərəfinə konsert verilirdi.

Heydər Əliyev də bir-bir bizləri-sənət adamlarını rumınlara təqdim edirdi…Mənə çatanda birdən dedi ki, Yalçın sən Xalq artistisən?! Məndən qabaq bir sənət yoldaşım cavab verdi ki, yox, cənab prezident, Əməkdar artistdir…

Dedi ki, axı, mən sənə 1979-cu ildə ad vermişdim…İnanın hələ də bu anı xatırlayanda məni təəccüb bürüyür…Üstündən 20 il keçsə də, Heydər Əliyev həmin tarixi unutmamışdı…Bu, onun dərin hafizəsinin, zəkasının bir göstəricisi idi…

Bunun üstündən cəmi bir gün sonra mənə zəng gəldi, bir azdan AzTv-yə, “Xəbərlər”-in buraxılışına baxarsan, sənə ad veriləcək…Yəni, həmin görüşdən cəmi bir gün sonra mənə Xalq artisti adını verdi…”-deyə, Xalq artisti sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“Heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyac var…” – PREZİDENT

Read Next

“Nə gizlədim, Heydər Əliyevə gözüm düşmüşdü…”- FATMA SƏTTAROVA – FOTA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir